MİDA qanunsuz tikinti aparır? – ŞİKAYƏTLƏR SƏNGİMİR – VİDEO
Abşeron rayonu, Saray qəsəbəsi, Alimlər Şəhərciyi Kompleksində yaşayan bir qrup sakin yeni inşa edilən yaşayış kompleksinin ərazisində aparılan tikinti işləri ilə bağlı narazıdırlar.
Sakinlərin “Xəbərsiz”ə bildirdiklərinə görə, MİDA tərəfindən kompleksin qarşısında həyata keçirilən yeni tikinti layihəsi çərçivəsində bağça üçün nəzərdə tutulduğu qeyd edilən obyekt və ona aid infrastruktur yaşayış binasının girişinə olduqca yaxın məsafədə yerləşdirilir.
Bu isə həm piyadaların hərəkətində məhdudiyyətlər yaradır, həm də ərazidə yaşayan uşaqlar, yaşlılar və digər sakinlər üçün təhlükəsizlik risklərini artırır.
Şikayətdə həmçinin qeyd olunur ki, tikinti işlərinin mövcud yerləşimi fövqəladə hallar zamanı təcili tibbi yardım, yanğınsöndürmə və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinin binaya maneəsiz girişini çətinləşdirə bilər. Şikayətçilər bunun şəhərsalma, tikinti və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun araşdırılmasını tələb edirlər.
Yaşayış kompleksinin sakinləri məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının əraziyə baxış keçirməsini, tikinti layihəsinin qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməsini və mümkün təhlükələrin aradan qaldırılması üçün tədbir görülməsini xahiş edirlər.
“Xəbərsiz” sözügedən görüntüləri təqdim edir:
Xəbərsiz





