ABŞ “Lukoyl”un xarici aktivlərinin satışı üçün son müddəti uzadıb
ABŞ Ticarət Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi danışıqların yekunlaşdırılması və Rusiyanın neft şirkəti “Lukoil”in beynəlxalq aktivlərinin satışına dair sazişin bağlanması ilə bağlı son müddəti dekabrın 13-dək uzadıb.
“Xəbərsiz” bildirir ki, uzatma icrası birbaşa həmin idarənin razılığı ilə şərtlənən əməliyyatlara şamil edilir.
Amerika tərəfi həmçinin “Lukoyl”in Bolqarıstandakı törəmə şirkətləri ilə əməliyyatların aparılması müddətini 29 aprel 2026-cı ilə qədər uzadıb.
Böyük Britaniya oktyabrın ortalarında “Lukoyl”a qarşı sanksiyalar tətbiq edərək, əməliyyatları başa çatdırmaq üçün noyabrın 29-na qədər vaxt verib.
Hər iki ölkə müəyyən beynəlxalq layihələr üçün istisnaları təsdiqləyib:
- Xəzər Neft Boru Kəməri Konsorsiumu ABŞ sanksiyalarından azad edilib
- Britaniya sanksiyaları Qaraçaqanak (Qazaxıstan) və Şahdəniz (Xəzər) yataqlarını əhatə etmir
İslam İman





