Afrika Rusiyaya etibarlı dost kimi baxır, əlaqələr getdikcə inkişaf edir - rus diplomat
Afrika ölkələri Rusiyanı tərəfdaş və etibarlı dost hesab edir, Moskvanın qitə ilə əlaqələri durmadan yüksəlir.
“Xəbərsiz” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Afrika ölkələri ilə tərəfdaşlıq departamentinin direktoru Tatyana Dovqalenko “TASS-Afrika: Dostluq yolu” beynəlxalq press-turunun başlanmasına həsr olunmuş TASS mətbuat konfransında bildirib.
“Bizim afrikalı dostlarımızın Rusiyaya etibarlı dost və tərəfdaş kimi baxması vacibdir, öz suverenliyini qorumaq üçün hərəkətə keçməyə qadir və başqalarına da dəstək verir”, – o qeyd edib.
Diplomat diqqətə çatdırıb ki, Afrika son illərdə təsirli nəticələr əldə edib, öz təsirini durmadan artırıb və qlobal məsələlərdə rolunu genişləndirib:
“Biz bunu ürəkdən alqışlayırıq. Dostlarımızın BMT Təhlükəsizlik Şurasında daimi yerlər əldə etmək istəyini dəstəkləyirik və bununla bağlı Afrika dövlətlərinin gördüyü tədbirlərə hörmətlə yanaşırıq”, – Dovqalenko əlavə edib.
Bu kontekstdə departament rəhbəri 2019 və 2023-cü illərdə keçirilən Rusiya-Afrika sammitlərini də xatırladıb və bu sammitlər Rusiya prezidenti Vladimir Putin tərəfindən əsl irəliləyiş kimi qiymətləndirilib:
“Bu hadisələr Rusiya-Afrika münasibətlərinin dirçəldilməsi adlandırılan şey üçün güclü başlanğıc nöqtəsi oldu. Bu gün isə əlaqələrimiz durmadan inkişaf edir”, – diplomat bildirib.
Xəbərsiz





