SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Rəsmi Tehran bu ölkələri HƏDƏLƏDİ
24 Avqust 2026
Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ
24 Avqust 2026
Paşinyan Rusiyaya 400 milyon dollar təklif etdi
24 Avqust 2026
Əsas/İqtisadiyyat/AQC ilk oxunuşda qəbul olunan qanun layihəsinə dair təkliflərini təqdim edib
İqtisadiyyat

AQC ilk oxunuşda qəbul olunan qanun layihəsinə dair təkliflərini təqdim edib

Xəbərsiz Media
15 İyul 2026

Milli Məclis tərəfindən iyulun 10-da qəbul edilən “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun aqrar sahədə torpaq münasibətlərinin daha səmərəli tənzimlənməsi və torpaq konsolidasiyasının hüquqi əsaslarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qanun layihəsini təhlil edərək hesab edir ki, qəbul edilən dəyişikliklər müsbət məqsədlərə xidmət etsə də, qiymətləndirmə fəaliyyətinin müstəqilliyi və beynəlxalq standartlara uyğunluğu baxımından bəzi müddəaların dəqiqləşdirilməsinə ehtiyac qalmaqdadır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, kənd təsərrüfatı torpaqlarının könüllü əsaslarla konsolidasiyası məhsuldarlığın artırılması, istehsal xərclərinin azaldılması, müasir texnologiyaların tətbiqi və aqrar ixracın genişləndirilməsi baxımından mühüm addımdır.

“Bu qanun ölkədə torpaq münasibətlərinin təkmilləşdirilməsi, kiçik torpaq sahələrinin daha səmərəli istifadəsi və aqrar sektorun rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm hüquqi baza formalaşdırır. Xüsusilə torpaq sahələrinin könüllülük prinsipi əsasında birləşdirilməsi fermerlərin hüquqlarının qorunması baxımından müsbət yanaşmadır. Hesab edirik ki, bu dəyişikliklər dövlət proqramlarında müəyyən edilmiş məhsuldarlıq və ixrac hədəflərinə nail olunmasına da öz töhfəsini verəcək”, – deyə Vüqar Oruc bildirib.

AQC sədri qeyd edib ki, qanunun məqsədi dəstəklənsə də, qiymətləndirmə prosesinin hüquqi və peşəkar əsaslarının qorunması üçün bir sıra müddəaların dəqiqləşdirilməsi vacibdir.

“İlk növbədə layihədə Mülki Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan müddəada “dəyişdirilən əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti” ifadəsinin işlədilməsi qiymətləndirmə fəaliyyətinin əsas prinsiplərinə tam uyğun hesab edilə bilməz. Qiymətləndirici bazar dəyərini müstəqil peşə mühakiməsi əsasında müəyyən edən şəxsdir. Qanunda əvvəlcədən formalaşmış alqı-satqı qiymətinin əsas meyar kimi göstərilməsi qiymətləndiricinin müstəqilliyini məhdudlaşdıra və həm Beynəlxalq Qiymətləndirmə Standartları, həm də ‘Qiymətləndirmə fəaliyyəti haqqında’ Qanunun tələbləri ilə ziddiyyət yarada bilər.”

Vüqar Orucun sözlərinə görə, qanunda əsas götürüləcək alqı-satqı sənədinin hansı tarixə aid olacağı və həmin məlumatın aktuallığı da müəyyən edilməlidir.

“Qiymətləndirici istifadə etdiyi məlumatın bazar reallığını əks etdirdiyinə əmin olmalıdır. Bir neçə il əvvəl bağlanmış alqı-satqı müqaviləsinin bugünkü bazar şəraitində etalon kimi qəbul edilməsi obyektiv nəticə verməyə bilər. Bu səbəbdən qanunda istifadə ediləcək məlumatların aktuallığı və etibarlılığı ilə bağlı konkret mexanizmlərin müəyyən olunması məqsədəuyğun olardı.”

AQC sədri vurğulayıb ki, layihədə nəzərdə tutulan alqı-satqı əməliyyatlarının həqiqiliyinin yoxlanılması mexanizmi də açıq şəkildə tənzimlənməlidir.

“Əgər qeyd olunan əraazidə alqı-satqı faktı heç vaxt qeydə alınmayıbsa qiymətləndirmə necə aparılacaq? Bu sual açıq qalır. Hesab edirik ki, bu istiqamətdə hüquqi mexanizmlərin daha dəqiq müəyyənləşdirilməsi vacibdir.”

Vüqar Oruc bildirib ki, qiymətləndiricilərin müstəqilliyinin təmin edilməsi üçün onların dövlət informasiya sistemlərinə çıxış imkanlarının yaradılması da mühüm əhəmiyyət daşıyır.

“Qanun layihəsində qiymətləndiricilərin müvafiq dövlət informasiya sistemlərinə çıxış hüququ nəzərdə tutulmayıb. Halbuki alqı-satqı məlumatlarının, əməliyyat tarixlərinin və digər hüquqi əhəmiyyət daşıyan informasiyaların birbaşa yoxlanılması qiymətləndiricinin peşə müstəqilliyinin əsas elementlərindən biridir. Əks halda qiymətləndirici yalnız sifarişçi tərəfindən təqdim olunan məlumatlara istinad etmək məcburiyyətində qalır ki, bu da obyektivlik prinsipinə tam uyğun hesab edilə bilməz.”

AQC sədri əlavə edib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti qanunun strateji məqsədlərini dəstəkləyir və hesab edir ki, qeyd olunan məsələlərin qanunvericilikdə dəqiqləşdirilməsi həm torpaq konsolidasiyası prosesinin daha şəffaf həyata keçirilməsinə, həm də qiymətləndirmə fəaliyyətinin beynəlxalq standartlara uyğun inkişafına xidmət edəcək.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya24 Avqust 2026
Rəsmi Tehran bu ölkələri HƏDƏLƏDİ
Cəmiyyət24 Avqust 2026
Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ
Dünya24 Avqust 2026
Paşinyan Rusiyaya 400 milyon dollar təklif etdi
Gündəm24 Avqust 2026
Polisdən BÖYÜK ƏMƏLİYYAT: 6 nəfər tutuldu
Cəmiyyət24 Avqust 2026
Yağış, şimşək, duman – SABAHIN HAVASI
Hərbi24 Avqust 2026
Hərbi xidmətlə bağlı vacib açıqlama – RƏSMİ
Hadisə24 Avqust 2026
İmişlidə toyda faciə – 25 yaşlı oğlan qəfil öldü
Elm və təhsil24 Avqust 2026
DİM təkrar qəbul elan etdi
Siyasət24 Avqust 2026
Paşinyan Naxçıvanın adını çəkdi – Rusiyaya müraciət etdi
Gündəm23 Avqust 2026

Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu - FOTOLAR

Həmçinin oxu

İqtisadiyyat

Azərbaycan nefti BAHALAŞDI

No Comment
278 baxış
İqtisadiyyat

Avro və rubl  ucuzlaşdı -  Yeni Məzənnə

No Comment
718 baxış
İqtisadiyyat

Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!

No Comment
338 baxış
İqtisadiyyat

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

No Comment
92 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Polisdən BÖYÜK ƏMƏLİYYAT: 6 nəfər tutuldu
Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu – FOTOLAR
“Bu kəndlər Ermənistan ərazisi deyil”
İqtisadiyyat
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2196
Dünya 1273
Elm və təhsil 378
Gündəm 1283

Bütün müəllif hüquqları qorunur - 2026