ABŞ prezidenti Donald Tramp hesab edir ki, Böyük Britaniyanın varlı ölkə olaraq qalmaq şansı var.
Trampın sözlərini “The Weekly Times” sitat gətirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, Britaniya Baş naziri Endi Bernhemlə çox yaxşı münasibətlər qurub. Eyni zamanda, Amerika prezidenti Londonun Şimal dənizində neft hasilatına başlamaq planlarına diqqət çəkib:
“Əgər bu baş verərsə, Birləşmiş Krallıq varlı ölkə olacaq”.
Lakin Tramp əmindir ki, əgər bu baş verməsə, Britaniya müflis olacaq.










