Məzmuna keç

Azərbaycanda daha bir cərimənin məbləği azaldılır

Azərbaycanda daha bir cərimənin məbləği azaldılır.

Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində bununla bağlı məsələ də öz əksini tapıb.

Belə ki, dəyişikliyə əsasən, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə ediləcək.

Qeyd edək ki, hazırda isə bu pozuntuya görə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverəyə qoyularaq birinci oxunuşda qəbul edilib.