Məzmuna keç

“BakıKart”ın qiyməti artdı

Bu gündən etibarən “BakıKart” kartlarının satış qiyməti artırılıb.

“Xəbərsiz” xəbər verir ki, bu barədə “BakıKart” məlumat yayıb.

Bildirilib ki, iyulun 1-dən kartın satış qiyməti 2 manatdan 3 manata qaldırılıb.

Qeyd edək ki, dəyişiklik yalnız yeni əldə edilən “BakıKart” kartlarının satış qiymətinə aiddir.