“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da…
11 Avqust 2026
Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var
11 Avqust 2026
Bəşər Əsəd edam cəzasına məhkum edildi
11 Avqust 2026
Əsas/Gündəm/BAMF prezidenti Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla görüşdü - FOTO
Gündəm

BAMF prezidenti Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla görüşdü - FOTO

Xəbərsiz Media
02 İyul 2026

Banqladeşin paytaxtı Dəkkə yaxınlığındakı Savar şəhərində “Yunus Sosial Biznes Mərkəzi” və Grameen bankın birgə təşkilatçılığı ilə “Sosial biznes: parçalanmış dünyada sülhün dili” adlı 2026-cı il 16-cı Sosial Biznes Gününə həsr olunan beynəlxalq konfrans keçirilib.

“Xəbərsiz” xəbər verir ki, Grameen bankının 50 illiyi və Nobel Sülh Mükafatı laureatı, sosial biznes konsepsiyasının banisi professor Məhəmməd Yunus və Grameen Bankın Nobel Sülh Mükafatına layiq görülməsinin 20 illiyi münasibətilə təşkil edilən konfransda dünyanın muxtəlif ölkələrindən çoxsaylı qonaqlar iştirak ediblər.

Sözügedən beynəlxalq konfransda iştirak edən BAMF prezidenti Umud Mirzəyev “Qlobal çağırışların həllində yeni texnologiyaların rolu” adlı panel müzakirəsində əsas çıxışçılar arasında yer alıb. O, çıxışında müasir texnologiyaların sosial təsir imkanlarından, xüsusilə münaqişələrdən zərər çəkmiş icmaların dəstəklənməsi, mina təhlükəsi ilə üzləşən ərazilərdə maarifləndirmə, bərpa və dayanıqlı inkişaf proseslərində innovativ yanaşmaların tətbiqindən danışıb. Azərbaycanın münaqişədən sonrakı bərpa təcrübəsi, mina təhlükəsi ilə mübarizə, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə də məlumat verib.

BAMF prezidenti Umud Mirzəyevin səfər çərçivəsində Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusla görüşü baş tutub. Özəl görüş və təşkil edilən birgə nahar zamanı BAMF və “Yunus Mərkəzi” arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, sosial biznes yanaşmasının münaqişədən zərər çəkmiş icmaların sosial-iqtisadi inkişafına töhfəsi, eləcə də gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Professor Məhəmməd Yunus BAMF-ın dəvəti və təşkilatçılığı ilə Azərbaycana etdiyi ilk səfərini, BAMF-ın baş ofisində keçirilən “Kasıbların Bankiri” kitabının geniş təqdimatını, ADA universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində olan görüşlərini, Nizami Gəncəvi mərkəzinin dəvəti ilə və COP29 zamanı olan səfərlərini məmnunluqla xatırladığını bildirib. O, ölkə başçısı Prezident İlham Əliyev ilə olan görüşlərini xüsusilə qeyd edib və ilk səfərdən sonra Azərbaycanla bağlı yaranan xoş təəssüratlarının yaddaqalan olduğunu vurğulayıb.

Görüş zamanı tərəflər BAMF və “Yunus Mərkəzi” arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, UNEC-də fəaliyyət göstərən “Yunus Sosial Biznes” mərkəzinin fəaliyyətinin inkişafı, sosial biznes, icma inkişafı, gənclərin iştirakçılığı və humanitar sahədə əməkdaşlıq imkanlarının araşdırılması barədə razılığa gəliblər. Görüşdə BAMF-ın Himayəçilik Şurasının üzvü Aysəba Umutlu da iştirak edib.

Qeyd edək ki, hər il keçirilən Sosial Biznes Günü professor Məhəmməd Yunusun təşəbbüsü ilə formalaşmış qlobal platformalardan biridir və müxtəlif ölkələrdən ictimai xadimləri, sosial biznes nümayəndələrini, akademikləri, innovatorları, gəncləri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya11 Avqust 2026

Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da...

Cəmiyyət11 Avqust 2026

Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var

Dünya11 Avqust 2026

Bəşər Əsəd edam cəzasına məhkum edildi 

Mədəniyyət10 Avqust 2026

“Ənənəvi Sənətdən Süni İntellektə”: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutub

Dünya10 Avqust 2026

Pezeşkian Xamenei ilə görüşündən danışdı: 7 saat...

Dünya10 Avqust 2026

Vuçiçdən qorxulu mesaj: Dünya böyük müharibə ərəfəsindədir

Cəmiyyət10 Avqust 2026

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

Cəmiyyət10 Avqust 2026

Hansı hallarda maaşınız 400 manatdan az ola bilər?

Elm və təhsil10 Avqust 2026

Tibb Universitetində təhsil haqları aşağı salındı - 1500 manat...

Media09 Avqust 2026

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

Həmçinin oxu

Gündəm

SOCAR-da kütləvi ixtisarlar gedir? - RƏSMİ

No Comment
590 baxış
Gündəm

Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu

No Comment
928 baxış
Gündəm

Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı

No Comment
796 baxış
Gündəm

Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti

No Comment
588 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2190
Dünya 1262
Elm və təhsil 377
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026