Məzmuna keç

Baş nazir bu gün hesabat verəcək!

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

“Xəbərsiz” xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyində bir məsələ – Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat yer alıb.

Hesabatı Baş nazir Əli Əsədovun təqdim etməsi nəzərdə tutulub.

Təqdimatdan sonra hesabata dair müzakirələr aparılacaq.