BMT Baş Assambleyası ABŞ-ı Kubaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
BMT Baş Assambleyası ABŞ-ı Kubaya qarşı iqtisadi, ticari və maliyyə sanksiyalarını ləğv etməyə çağıran qətnaməni yenidən qəbul edib.
“Xəbərsiz” bildirir ki, sənədi 165 ölkə, o cümlədən Rusiya və Belarus dəstəkləyib.
ABŞ, Argentina, Macarıstan, İsrail, Paraqvay, Şimali Makedoniya və Ukrayna əleyhinə səs verib, 12 ölkə isə bitərəf qalıb.
Qətnamə iqtisadi məhdudiyyətlərin aradan qaldırılmasını tələb etməklə yanaşı, BMT baş katibindən onun icrası ilə bağlı hesabat hazırlamağı tələb edir.
Əli Hacı





