Bu ölkədə fövqəladə vəziyyət elan edildi
Çeçenistan ərazisində əhalinin qorunması məqsədilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
“Xəbərsiz” “Çeçnya Seqodnya” agentliyinə istinadən xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov bu barədə müvafiq sərəncam imzalayıb.
Fövqəladə rejimin tətbiqinə səbəb güclü yağışlar, dağlarda leysanlar, yağış və sulu qar şəklində yağıntılar, çaylarda suyun səviyyəsinin təhlükəli həddə qədər yüksəlməsi və kiçikhəcmli sellərin baş verməsidir.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





