“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Xamenei ölüm yatağındadır – KİV
07 Avqust 2026
Sabah hava necə olacaq?
07 Avqust 2026
Samir Şərifov sədr təyin edildi – Sərəncam
07 Avqust 2026
Əsas/Cəmiyyət/Bu şəxslər 9000-dən çox maaş alacaq - RƏSMİ
Cəmiyyət

Bu şəxslər 9000-dən çox maaş alacaq - RƏSMİ

Xəbərsiz Media
19 İyun 2026

Azərbaycan Prezidenti İlham Əliyev Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarının, diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqların yeni məbləğlərinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

“Xəbərsiz” xəbər verir ki, sənədə əsasən, XİN-də çalışan diplomatik xidmət əməkdaşlarının vəzifə maaşları üzrə yeni ödəniş cədvəli təsdiqlənib. Yeni cədvələ görə, xüsusi tapşırıqlar üzrə səfir və idarə rəislərinin aylıq vəzifə maaşı ödəniş pilləsindən asılı olaraq 8245 manatdan 9485 manatadək müəyyən edilib. İdarə rəisi müavinlərinin maaşı 6635-7635 manat, müşavirlərin maaşı 6175-7100 manat, şöbə müdirlərinin maaşı 4970-5715 manat, birinci katiblərin maaşı 4625-5315 manat, ikinci katiblərin maaşı 4300-4945 manat, üçüncü katiblərin maaşı 4000-4600 manat, attaşelərin maaşı isə 3720-4280 manat arasında dəyişəcək. Fərmanla diplomatik rütbələrə görə verilən əlavə haqlar da təsdiqlənib.

Belə ki, fövqəladə və səlahiyyətli səfir rütbəsinə malik şəxslər aylıq maaşlarına əlavə olaraq 550 manat, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçilər 500 manat, ikinci dərəcəli elçilər 450 manat əlavə haqq alacaqlar. Birinci dərəcəli müşavirlər üçün bu məbləğ 400 manat, ikinci dərəcəli müşavirlər üçün 350 manat, attaşelər üçün isə 200 manat müəyyənləşdirilib. Bundan başqa, diplomatik xidmət əməkdaşlarına təmsilçiliyə görə də aylıq əlavə ödəniş veriləcək.

Təmsilçilik əlavəsi xüsusi tapşırıqlar üzrə səfir və idarə rəisləri üçün 400 manat, idarə rəisi müavinləri üçün 330 manat, müşavirlər üçün 310 manat, şöbə müdirləri üçün 250 manat, attaşelər üçün isə 180 manat təşkil edəcək. Fərmanda həmçinin qeyd olunur ki, Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının yeni dövlət məvacibi müəyyən edilənədək onlara ödənişlər əvvəlki qaydada davam etdiriləcək.

Bununla yanaşı, XİN əməkdaşlarına əlavə pul təminatının verilməsi ilə bağlı 2008-ci il tarixli Prezident Sərəncamı ləğv edilib. Qərara əsasən, Nazirlər Kabineti Fərmandan irəli gələn məsələlərin həllini təmin etməlidir. Sənəd 2026-cı il yanvarın 1-dən tətbiq edilir və maaşların həmin tarixdən hesablanmasını nəzərdə tutur.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya07 Avqust 2026

Xamenei ölüm yatağındadır – KİV

Hava07 Avqust 2026

Sabah hava necə olacaq?

Prezident07 Avqust 2026

Samir Şərifov sədr təyin edildi - Sərəncam

Cəmiyyət07 Avqust 2026

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı 

Media07 Avqust 2026

Media və Yayım Şurasının sturukturu formalaşdırıldı

Dünya07 Avqust 2026

SEPAH Səudiyyəyə hücuma hazırlaşır - Kəşfiyyat

Cəmiyyət06 Avqust 2026

David Seliverstov yayılan iddialarla bağlı açıqlama verib: “İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir”

İqtisadiyyat04 Avqust 2026

Avro və rubl  ucuzlaşdı -  Yeni Məzənnə

Gündəm04 Avqust 2026

SOCAR-da kütləvi ixtisarlar gedir? - RƏSMİ

Cəmiyyət03 Avqust 2026

Kabab xərçəngə səbəb olur - Sübut edildi

Həmçinin oxu

Cəmiyyət

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı 

No Comment
112 baxış
Cəmiyyət

David Seliverstov yayılan iddialarla bağlı açıqlama verib: “İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir”

No Comment
223 baxış
Cəmiyyət

Kabab xərçəngə səbəb olur - Sübut edildi

No Comment
667 baxış
Cəmiyyət

Azərbaycanda sürpriz: bu fəsil uzanacaq – 5 ay davam edə bilər

No Comment
565 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2186
Dünya 1255
Elm və təhsil 376
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026