Budapeştdə keçiriləcək Rusiya-ABŞ sammiti hələ də gündəmdədir - Macarıstanın baş naziri
Rusiya və ABŞ-ın Ukrayna məsələsində son nəticədə razılığa gəlməsi şansı hələ də var və buna görə də onların liderləri Rusiyadan Vladimir Putin və ABŞ-dən Donald Tramp arasında Budapeştdə görüş hələ də gündəmdədir.
“Xəbərsiz” bildirir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban deyib.
Orban qeyd edib ki, Budapeştdə Rusiya-ABŞ sammiti, Budapeştdə genişmiqyaslı sülh konfransı gündəmdədir.
O, Putin-Tramp görüşünün ləğv olunmadığını, təxirə salındığını xatırladıb. Onun sözlərinə görə, sammit “bir az sonra keçirilə bilər, lakin bu, mümkünsüz deyil. ABŞ-Rusiya razılaşması Ukrayna üzrə mümkün deyil”, – o vurğulayıb.
Əli Hacı





