ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran mətbuatının kommersiya gəmilərinin Hörmüz boğazında dəniz minalarına düşərək partlaması barədə məlumatlarını təkzib edib.
CENTCOM-un “X” hesabında boğazdan keçmək üçün bütün əsas beynəlxalq marşrutların ABŞ qüvvələri tərəfindən minalardan təmizləndiyi bildirilib.
Komandanlıq minlərlə kommersiya gəmisinin bu marşrutlardan təhlükəsiz keçdiyini və hərəkətin davam etdiyini qeyd edib.
Bununla belə, Böyük Britaniyanın Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) daha əvvəl bölgədə bəzi gəmilərin naməlum mərmilərlə vurulması barədə məlumat yayıb.










