"Çin ABŞ müdafiə şirkətlərinə nadir torpaq metallarının tədarükünü məhdudlaşdıracaq"
Çin Pentaqona bağlı şirkətlərə nadir torpaq metalları və bir sıra digər materialların tədarükünü məhdudlaşdıran sistemin yaradılmasını nəzərdən keçirir.
“Xəbərsiz” bildirir ki, bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən xəbər verib.
Mənbələrə görə, “təsdiqlənmiş son istifadəçi” sistemi Çin səlahiyyətlilərinə nadir torpaq metallarının ABŞ-a ixracını asanlaşdırmaq vədinə əməl etməyə imkan verəcək, eyni zamanda sözügedən materialların Pentaqonun tədarükçülərinə yönləndirilməməsini təmin edəcək.
Nəşr qeyd edir ki, belə bir sistem avtomobil və aerokosmik sənayedə Amerika şirkətlərinə nadir torpaq metallarının tədarükünü çətinləşdirə bilər, çünki həm mülki, həm də hərbi müştərilər bu şirkətlərin məhsullarına güvənirlər.
Əli Hacı





