Dünyanın ən böyük kriptovalyutasını oğurladı - Həbs edildi
Çin vətəndaşı Zhimin Qian İngiltərədə dünyanın yeganə ən böyük kriptovalyutasını oğurlayarkən həbs edilib.
“Xəbərsiz” BBC-yə istinadən xəbər verir ki, İngiltərə polisi oğrunun cari qiymətlərlə dəyəri 5 milyard funt-sterlinqdən (6,7 milyard dollar) çox olan 61 min bitkoin əldə etdiyini açıqlayıb.
Qian 2014-2017-ci illər arasında Çində 128 mindən çox şəxsi aldatmaq və oğurlanmış vəsaitləri bitkoin aktivlərində saxlamaqla bağlı genişmiqyaslı fırıldağa rəhbərlik edib.
Bildirilib ki, 47 yaşlı dələduz qadın günahını etiraf edib.
İntiqam İsa





