“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da…
11 Avqust 2026
Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var
11 Avqust 2026
Bəşər Əsəd edam cəzasına məhkum edildi
11 Avqust 2026
Əsas/Cəmiyyət/David Seliverstov yayılan iddialarla bağlı açıqlama verib: “İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir”
Cəmiyyət

David Seliverstov yayılan iddialarla bağlı açıqlama verib: “İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir”

Xəbərsiz Media
06 Avqust 2026

Hüquq müdafiəçisi David Seliverstov son günlər bəzi media resurslarında və sosial şəbəkələrdə onun haqqında yayılan məlumatlarla bağlı açıqlama yayıb.

O bildirib ki, indiyədək məsələ ilə bağlı susmağı üstün tutub, lakin cəmiyyətdə yaranan suallar və ona göstərilən dəstək açıqlama verməsini zəruri edib:

“Bəzi media resurslarında və sosial şəbəkələrdə haqqımda yayılan məlumatlarla əlaqədar indiyədək susmağı üstün tutmuşam. Çünki inanıram ki, həqiqətin tələsik müdafiəyə ehtiyacı yoxdur. Lakin cəmiyyətdə yaranan suallar, eləcə də mənə göstərilən böyük dəstək bu açıqlamanı verməyi zəruri etdi.

İlk növbədə bildirmək istəyirəm ki, haqqımda yayılan materiallarda istifadə olunan bəzi şəkillər fotomontaj yolu ilə hazırlanıb, görüntülər manipulyasiya edilib və ictimai rəyi məqsədli şəkildə yanlış istiqamətə yönəltməyə xidmət edir. Fikir ayrılığı və tənqid demokratik cəmiyyətin ayrılmaz hissəsidir. Ancaq saxta vizual materiallardan istifadə nə peşəkar jurnalistika prinsiplərinə, nə etik normalara, nə də insan ləyaqətinə hörmət anlayışına uyğun gəlir”.

D.Seliverstov bildirib ki, yayılan materiallarda irəli sürülən iddiaların mühüm hissəsi həqiqəti əks etdirmir:

“Yayılan yazılarda səsləndirilən iddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir. Müxtəlif dövrlərə aid hadisələr təhrif olunur, faktlar kontekstdən çıxarılır və əsassız mülahizələr həqiqət kimi təqdim edilir. Bütün bunlar cəmiyyətdə yanlış rəy formalaşdırmağa yönəlmiş məqsədli kampaniya təsiri bağışlayır.

Atalarımız təsadüfən deməyiblər: “Bar verən ağacı daşlayarlar.” Tarix boyu cəmiyyət üçün çalışan, yeniliklər edən, inkişaf yolunu seçən və insanların etimadını qazanan şəxslər müxtəlif qarayaxma kampaniyalarının hədəfi olublar. Mən də bunu şəxsi faciə deyil, ictimai fəaliyyətin bəzən qaçılmaz reallığı kimi qəbul edirəm.

Gənc yaşlarımdan etibarən insanlara faydalı olmağa çalışmışam. Həyatım boyu əldə etdiyim bütün nailiyyətlər uzun illərin zəhməti, əziyyəti və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Mənə heç nə hazır şəkildə təqdim edilməyib. Qazandığım hər uğurun arxasında böyük əmək, səbir və məsuliyyət dayanır.”

Hüquq müdafiəçisi qeyd edib ki, onun üçün ən böyük sərvət insanların etimadıdır:

“Mənim üçün ən böyük sərvət insanların etimadıdır. Bu etimadı qazanmaq illər tələb edir, onu itirmək isə bir anlıq məsələ ola bilər. Məhz buna görə də bu gün ölkənin müxtəlif bölgələrindən, müxtəlif peşə sahiblərindən və sadə vətəndaşlardan aldığım dəstək mesajlarını həyatımın ən böyük mənəvi dəyəri hesab edirəm.

İmkanım daxilində hər zaman ehtiyacı olan insanların yanında olmağa çalışmışam. Ailələrə, gənclərə, xəstələrə, şəhid ailələrinə və sosial həssas təbəqədən olan insanlara dəstək göstərmişəm. Bunu heç vaxt reklam və ya şəxsi maraq naminə etməmişəm. Çünki mənim üçün xeyriyyə nümayiş vasitəsi deyil, vicdan və mənəvi borc məsələsidir.

Məni yaxından tanıyan hər kəs yaxşı bilir ki, mən dövlətinə sadiq, dövlətçiliyi ali dəyər hesab edən və Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutan bir insanam. Azərbaycan Respublikasının dövlətçiliyi mənim üçün müqəddəs anlayışdır. Harada olmağımdan asılı olmayaraq, dövlətimin nüfuzunun qorunması və ölkəmin maraqlarının müdafiəsi üçün çalışmışam və bundan sonra da eyni prinsipə sadiq qalacağam.

Son dəqiqələrdə yayılan yazıların arxasında hansı məqsədlərin dayandığını, bunun niyə məhz indi edildiyini və hansı maraqlara xidmət etdiyini anlayıram. Bu barədə kifayət qədər məlumata malikəm. Lakin hazırkı mərhələdə həmin məsələləri ictimai şəkildə açıqlamağı məqsədəuyğun hesab etmirəm. Hər həqiqətin öz zamanı var və gec-tez hər şey öz yerini tapır.”

D.Seliverstov bildirib ki, bu, onun ilk dəfə qarşılaşdığı vəziyyət deyil və məsələyə hüquqi müstəvidə yanaşacaq:

“Bu, həyatımda ilk belə hadisə deyil. Mən dəfələrlə oxşar qarayaxma kampaniyaları ilə qarşılaşmışam. Hər dəfə nüfuzuma xələl gətirməyə cəhd göstərilib. Lakin zaman keçdikcə həqiqətlər üzə çıxıb və cəmiyyət kimin haqlı olduğunu özü müəyyən edib.

Mən emosiyalarla deyil, qanunun aliliyinə əsaslanaraq hərəkət edirəm. Buna görə də yayılan məlumatlara cavabım sosial şəbəkələrdə təhqir və ya qarşılıqlı ittiham olmayacaq. Mən hüquqi dövlətə, ədalətə və qanunun aliliyinə inanıram.

Hazırda aidiyyəti dövlət orqanlarına qanunvericiliyin tələblərinə uyğun müraciətlər hazırlanır. Yayılan məlumatların, istifadə olunan şəkillərin və irəli sürülən iddiaların hüquqi qiymət alması üçün bütün qanuni vasitələrdən istifadə olunacaq. Əminəm ki, aparılacaq obyektiv araşdırmalar nəticəsində həqiqət tam şəkildə üzə çıxacaq və hüquqi qiymət veriləcək.

Heç kimə qarşı nifrət hissi daşımıram. Çünki bilirəm ki, böhtan müvəqqətidir, həqiqət isə əbədidir. Tarix dəfələrlə sübut edib ki, insanların vicdanı ən ədalətli hakimdir.

Bu çətin məqamda mənə dəstək göstərən bütün vətəndaşlara, dostlarıma, həmkarlarıma və məni tanıyan hər kəsə səmimi təşəkkürümü bildirirəm. Sizin etimadınız mənim üçün ən böyük mükafatdır. Bu etimada layiq olmaq üçün bundan sonra da fəaliyyətimi eyni məsuliyyət, dürüstlük və prinsipiallıqla davam etdirəcəyəm.

İnanıram ki, ədalət öz sözünü deyəcək, həqiqət qalib gələcək və cəmiyyət hər şeyi olduğu kimi görəcək.”

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya11 Avqust 2026

Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da...

Cəmiyyət11 Avqust 2026

Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var

Dünya11 Avqust 2026

Bəşər Əsəd edam cəzasına məhkum edildi 

Mədəniyyət10 Avqust 2026

“Ənənəvi Sənətdən Süni İntellektə”: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutub

Dünya10 Avqust 2026

Pezeşkian Xamenei ilə görüşündən danışdı: 7 saat...

Dünya10 Avqust 2026

Vuçiçdən qorxulu mesaj: Dünya böyük müharibə ərəfəsindədir

Cəmiyyət10 Avqust 2026

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

Cəmiyyət10 Avqust 2026

Hansı hallarda maaşınız 400 manatdan az ola bilər?

Elm və təhsil10 Avqust 2026

Tibb Universitetində təhsil haqları aşağı salındı - 1500 manat...

Media09 Avqust 2026

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

Həmçinin oxu

Cəmiyyət

Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var

No Comment
13 baxış
Cəmiyyət

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

No Comment
14 baxış
Cəmiyyət

Hansı hallarda maaşınız 400 manatdan az ola bilər?

No Comment
14 baxış
Cəmiyyət

“Yay Fest 2026”da müasir şəhərlər və texnologiyalar mövzusu müzakirə olunub

No Comment
99 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2190
Dünya 1262
Elm və təhsil 377
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026