Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri dönüb və BƏƏ-yə qayıdır.
Bu barədə “Flightradar24” məlumat yayıb.
Xidmətin məlumatına görə, təyyarə hazırda Səudiyyə Ərəbistanı səmasındadır.
Çərşənbə günü Dubaydan Təl-Əvivə uçan “FlyDubai” təyyarəsi təcili vəziyyət siqnalı verib və qısa müddət sonra Səudiyyə Ərəbistanında eniş edib.
Daha sonra aviaşirkət təyyarədə insidentin baş verdiyini təsdiqləyib.










