Boks üzrə keçmiş dünya çempionu Yordenis Uqas ABŞ prezidenti Donald Trampı Rusiya ilə dizel yanacağı tədarükü ilə bağlı razılığa görə tənqid edib.
Kubalı sosial mediada paylaşım edərək bildirib ki, bu qərar Rusiyaya Ukraynaya qarşı müharibəni davam etdirmək üçün əlavə pul gətirəcək.
Uqas yazıb: “İndi biz açıq şəkildə Rusiyanın tərəfini tutmuşuq. Amma daha əvvəl Baydenin zəif olduğunu deyirdilər”.
Boksçu həmçinin Trampı Putinlə razılaşmalar əldə etmək naminə onun hərəkətlərinə laqeyd qalmaqda günahlandırıb.
“Bu prezident, soyqırımı törədən qatil Putinin hərəkətləri ilə qətiyyən maraqlanmır, təki onunla ittifaq qura bilsin”, – deyə o əlavə edib.
Xatırladaq ki, 9 oktyabrda Tramp Putinlə Rusiya dizel yanacağının Amerika və qlobal bazarlara tədarükü ilə bağlı razılaşma əldə etdiyini açıqladı. Bu qərar Ukraynanın tənqidinə səbəb oldu.










