Dünyada ən çox hərbi personalı olan ölkələrin yeni siyahısı açıqlanıb. Araşdırmada yalnız aktiv hərbçilərin sayı deyil, həm də ehtiyat qüvvələr və yarımhərbi birliklər nəzərə alınıb.
“Xəbərsiz” xəbər verir ki, siyahının zirvəsində Banqladeş qərarlaşıb.
Bu ölkə geniş səfərbərlik imkanları və böyük ehtiyat qüvvələri hesabına birinci yeri tutur.
Məlumata görə, Banqladeş həm aktiv hərbçi, həm də ehtiyat və paramilitar qüvvələrin sayına görə digər ölkələri qabaqlayır. Siyahıda Çin, Hindistan, ABŞ və Rusiya kimi ənənəvi hərbi güclər yer alsa da, ümumi personal sayına görə ilk pillədə qərarlaşa bilməyiblər. Bu isə onu göstərir ki, hərbi güc təkcə texnologiya ilə deyil, eyni zamanda insan resursları ilə də ölçülür.
2026-cı il üzrə dünyanın ən böyük 10 ordusu belə sıralanıb:
1. Banqladeş – 7 milyon
2. Vyetnam – 5,8 milyon
3. Ukrayna – 5 milyon
4. Hindistan – 4,9 milyon
5. Cənubi Koreya – 3,7 milyon
6. Rusiya – 3,6 milyon
7. Çin – 3,1 milyon
8. ABŞ – 2,1 milyon
Qeyd edək ki, bu reytinq yalnız ümumi hərbi personalın sayına əsaslanır və ölkələrin real hərbi gücünü tam əks etdirmir. Texnoloji üstünlük, silahlanma və müdafiə büdcəsi kimi faktorlar isə ayrıca qiymətləndirilir.

















