Məzmuna keç

Əli Həsənova vəzifə verilir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənova hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə veriləcək.

Ə.Həsənovun YAP-ın yeni seçilmiş İdarə Heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədri seçiləcəyi bildirilir.

Eyni zamanda YAP-ın Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədr seçiləcək.

Qeyd edək ki, Veteranlar Şurasının hazırki sədri Arif Rəhimzadədir.