“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Xamenei ölüm yatağındadır – KİV
07 Avqust 2026
Sabah hava necə olacaq?
07 Avqust 2026
Samir Şərifov sədr təyin edildi – Sərəncam
07 Avqust 2026
Əsas/Prezident/Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya
Prezident

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Xəbərsiz Media
21 İyul 2026

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərinə Rusiya mediasında inanılmayacaq səviyyədə qəribə, öz adı ilə desək, qeyri-siyasi, qeyri-diplomatik və primitiv reaksiya verilib.

“Xəbərsiz” xəbər verir ki, Kremlə bağlı olan və Kremldən gələn siyasi direktivlərlə fəaliyyət göstərən “Lenta.ru” portalı Dövlət Dumasının hakim Vahid Rusiya Partiyasından olan deputatı Aleksandr Tolmaçevin fikirlərini işıqlandırıb.

Gənc deputat Tolmaçev isə öz düşüncəsinə uyğun davranıb, Azərbaycanın “Ermənistanın yolunu tutmaq niyyətində olduğunu” uydurub:

“Bakı İrəvanın yolunu tutmaq niyyətindədir. Qeyd etmək istərdim ki, Rusiyadan uzaqlaşmaq və Avropaya yaxınlaşmaq heç vaxt heç kimə uğur gətirməyib. Əksinə, təcrübənin göstərdiyi kimi, belə bir qərar iqtisadi və siyasi problemlərə səbəb olur. Ermənistan artıq Rusiya ilə etibarlı, güclü və perspektivli əlaqələrin kəsilməsindən yaranan çətinliklərlə üzləşir”.

Qəribədir ki, Vahid Rusiyanın 33 yaşlı deputatlıq verilən gənci bununla kifayətlənməyib, Azərbaycanı hədələməyə davam edib, “Təəssüf ki, Azərbaycan Ukrayna və Ermənistanın səhvlərindən dərs çıxarmır” sözləri ilə normal siyasətçiyə utanc gətirən açıqlamalarına davam edib:

“Avropa ölkələri ilə tərəfdaşlıq pis bir şey deyil, lakin problem ondadır ki, “yeni dostlar” Rusiya ilə əlaqələri kəsməyi əsas şərt kimi qəbul edirlər. Və bu, təkcə iqtisadi aspektlə deyil, həm də mədəni, mənəvi və tarixi aspektlə bağlıdır. Ölkə ortaq keçmişindən və Rusiya ilə məhsuldar gələcəkdən imtina etməyə məcbur edilir. Bunun müqabilində onlar qısa müddətə “Avropa ağası”ndan lütf və başlarına sığal alırlar. Və sonra əsl oyun başlayır: qonşu ölkəni Moskva ilə əməkdaşlıqdan məhrum edərək, onu müdafiəsiz və dəstəksiz qoyan avropalılar onu şahmat fiquru kimi yeyirlər”.

Bu gəncin, deyəsən, ümumiyyətlə, şahmat haqda təsəvvürü yoxdur və siyasətdə şahmat terminlərindən istifadə anlayışına da malik deyil. Məsələ ondadır ki, normal, səviyyəli, ən azı, 2 kitab vərəqləmiş siyasətçi şahmatla müqayisədə hansısa fiquru “qurban verirlər” ifadəsini işlədir. Ancaq Kremlin irəli verdiyi və “Lenta.ru”nun fikrinə istinad etdiyi bu gənc şahmat fiqurunun yeməli olduğu düşüncəsinə malikdir və belə görünür ki, onun beynində ancaq yeməkdir.

Tolmaçev ola bilsin ki, Azərbaycan müstəqil siyasət yürütdüyünü, heç bir ölkədən ianə almadığını, əksinə, yardımedən olduğunu təsəvvür etmir, zatən “şahmat fiquru yeyən” beyindən fərqli nəsə gözləmək mümkün deyil. Ancaq “Lenta.ru” və kuratorları ən azı bilirlər ki:

1. Azərbaycan öz dövlət maraqlarına uyğun siyasət yeridir və “başına sığal çəkilən” yox, “başa sığal çəkməyi” və yeri gələndə kimlərəsə yal atmağı bacaran ölkədir;

2. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov elə dünən Moskvada idi və yüksəksəviyyəli görüşlər keçirdi;

3. Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirdiyini Berlində ifadə etməklə, Azərbaycanın netrallığına, tərəfsizliyinə və həm də təhlükəsiz ölkə olmasına məxsusi bir diqqət çəkdi. Azərbaycan elə bir təhlükəsiz ölkədir ki, Rusiya və Almaniya nümayəndələri rəhbərliyə xəbər etmədən, təhlükəsizlik tədbirlərinin görülməsini istəmədən rahat şəkildə Bakıya gəlib, burda görüşə və danışıqlar apara bilirlər. İlham Əliyev isə bu danışıqların sülh yaradacağı təqdirdə onları alqışlamağa hazır olduğunu bildirir;

Azərbaycanın bu dürüst, səmimi, açıq, müstəqil siyasəti qarşısına Tolmaçevi çıxaran Kremldə, deyəsən, doğrudan “panik-atak” düşüncəsi hakimdir.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya07 Avqust 2026

Xamenei ölüm yatağındadır – KİV

Hava07 Avqust 2026

Sabah hava necə olacaq?

Prezident07 Avqust 2026

Samir Şərifov sədr təyin edildi - Sərəncam

Cəmiyyət07 Avqust 2026

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı 

Media07 Avqust 2026

Media və Yayım Şurasının sturukturu formalaşdırıldı

Dünya07 Avqust 2026

SEPAH Səudiyyəyə hücuma hazırlaşır - Kəşfiyyat

Cəmiyyət06 Avqust 2026

David Seliverstov yayılan iddialarla bağlı açıqlama verib: “İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir”

İqtisadiyyat04 Avqust 2026

Avro və rubl  ucuzlaşdı -  Yeni Məzənnə

Gündəm04 Avqust 2026

SOCAR-da kütləvi ixtisarlar gedir? - RƏSMİ

Cəmiyyət03 Avqust 2026

Kabab xərçəngə səbəb olur - Sübut edildi

Həmçinin oxu

Prezident

Samir Şərifov sədr təyin edildi - Sərəncam

No Comment
110 baxış
Media

Media və Yayım Şurasının sturukturu formalaşdırıldı

No Comment
12 baxış
Prezident

Bu şəxslər 7 minədək cərimələnəcək: Prezident təsdiqlədi

No Comment
146 baxış
Prezident

Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam

No Comment
117 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2186
Dünya 1255
Elm və təhsil 376
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026