Ərdoğan: Ailə quran gənclərimizə daha çox dəstək verəcəyik
Gender neytrallaşdırma kimi tətbiqlərə və LGBT kimi azğın hərəkətlərə qarşı lazımi tədbirləri görür, ən kiçik güzəştə, laqeydliyə və arxayınlığa belə icazə vermirik.
“Xəbərsiz” bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət Kitabxanasında keçirilən “Ailə, Mədəniyyət-Sənət Simpoziumu”nda çıxışı zamanı deyib.
Ərdoğan, “Qlobal kapitalizmin yeni cəbhələr açdığı, mədəni imperializm və rəqəmsal mühasirənin bütün dünyada intensivliyini artırdığı bir vaxtda ailə institutuna dəyər veririk. TÜİK-in açıqladığı məlumatlara görə, keçən il ölçülən ümumi doğuş nisbəti 1,48 idi. Hazırda bir fəlakət yaşayırıq. Atalarımızı arvadlarına daha çox kömək və dəstək olmağa, uşaqları ilə daha keyfiyyətli vaxt keçirməyə çağırıram. İlin əvvəlindən etibarən ailə quran gənclərə daha çox dəstək verəcəyik. Analıq müavinətlərimizi də sürətləndirdik”, deyə bildirib.
Xəbərsiz





