Ermənistan Azərbaycan vasitəsilə Rusiyadan müxtəlif mallar idxal etməyi düşünür - Paşinyan
Ermənistan Azərbaycandan keçməklə Rusiyadan müxtəlif malların dəmir yolu ilə idxalı imkanlarını nəzərdən keçirir.
“Xəbərsiz” bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə deyib.
O, 1990-cı illərdən bəri ilk dəfə Azərbaycan ərazisindən dəmir yolu tranziti ilə Rusiyadan buğda partiyasının idxalına münasibət bildirib:
“Hazırda Azərbaycan vasitəsilə Rusiyadan müxtəlif malların idxalı ilə bağlı müraciətlərə baxılır. Onu da anlamaq lazımdır ki, praktikada eyni marşrutla Ermənistandan mallar Rusiya və ya Qazaxıstana necə ixrac oluna bilər”.
Qeyd edək ki, noyabrın 6-na keçən gecə Rusiyanın Azərbaycan üzərindən göndərdiyi 1000 tona yaxın buğda partiyası Ermənistana gedib. Rusiya artıq yaxın vaxtlarda Azərbaycan vasitəsilə Ermənistana daha 132 vaqon buğda göndərəcəyini bəyan edib.
Əli Hacı





