24.04.2026 / 13:32
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 18°C
Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
Anar ilhamlı – Qazilərimizə marş həsr etdi – VİDEO•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi•TƏCİLİ! — Şəmsi Səmədzadə həbs olundu•Şəmsi Səmədzadə axtarışa verildi
Anar ilhamlı – Qazilərimizə marş həsr etdi – VİDEO•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi•TƏCİLİ! — Şəmsi Səmədzadə həbs olundu•Şəmsi Səmədzadə axtarışa verildi
Ana Səhifə Cəmiyyət

Faizlə borc verməyin - XƏBƏRDARLIQ

Xəbərsiz Media Xəbərsiz Media
24.04.2026 / 11:57
Cəmiyyət
A A

Ali Məhkəmə faizlə borc verməyin riskləri barədə vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə “Xəbərsiz”-ə Ali Məhkəmədən məlumat verilib.

Ali Məhkəmənin bununla bağlı izahında bildirilib ki, faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi risklər yarada bilər. Buna görə də belə əməliyyatlara başlamazdan əvvəl bəzi vacib məqamları nəzərə almaq tövsiyə olunur:

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə faiz tələb edə bilər. Yəni faizlə borc vermək prinsip etibarilə qanunla qadağan olunmur və fiziki şəxslər arasındakı bu münasibətlərə məişət dilində adətən “sələmçilik” deyilir. Əsas risklər bu münasibətlərin necə rəsmiləşdirilməsindən qaynaqlanır. Praktikada fiziki şəxslər arasında borc münasibətləri çox vaxt qeyri-rəsmi şəkildə qurulur. Yazılı müqavilə tərtib olunmur və ya tərtib edilsə belə, əsas şərtlər – borcun məbləği, faiz dərəcəsi, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilmir. Bu isə mübahisə yarandıqda sübutetməni çətinləşdirir”.

Qeyd edilib ki, ödənişlərin nağd şəkildə və sənədsiz aparılması da ciddi problemlərə səbəb olur: “Hər bir ödənişin qəbz, köçürmə sənədi və ya digər sübutlarla rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunması baxımından vacibdir. Digər mühüm məqam isə fəaliyyətin xarakteri ilə bağlıdır. Əgər şəxs davamlı və sistemli şəkildə müxtəlif şəxslərə faizlə borc verirsə, bu fəaliyyət artıq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti dövlət qeydiyyatından keçməklə həyata keçirilməlidir. Əks halda, belə fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyət yarada bilər.

Məhkəmə təcrübəsindən görünür ki, borc verən şəxslərin davranışlarında qanunsuz sahibkarlıq fəaliyyəti və ya digər hüquq pozuntularının əlamətləri aşkar edildikdə məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilir”.

O da qeyd edilib ki, bu riskləri minimuma endirmək üçün aşağıdakı tövsiyələrə əməl etmək məqsədəuyğundur: “Borc münasibətlərini mütləq yazılı müqavilə ilə rəsmiləşdirmək, müqavilədə bütün mühüm şərtləri (məbləğ, faiz, müddət, qaytarılma qaydası və s.) aydın şəkildə göstərmək, ödənişləri mümkün qədər bank vasitəsilə həyata keçirmək və ya digər formada sənədləşdirmək, bu fəaliyyət mütəmadi xarakter daşıyırsa, onun hüquqi statusunu (sahibkarlıq kimi) qanunvericiliyin tələblərinə uyğun düzgün müəyyən etmək. Nəticə olaraq, faizlə borc vermək hüquqi baxımdan mümkündür, lakin bu münasibətlərin düzgün qurulmaması həm maliyyə itkilərinə, həm də hüquqi məsuliyyətə səbəb ola bilər. Buna görə də belə əməliyyatlarda ehtiyatlı davranmaq və mümkün hallarda hüquqşünas məsləhəti almaq tövsiyə olunur”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

Azərbaycan XİN bəyanat yaydı
Cəmiyyət

Azərbaycan XİN bəyanat yaydı

Aprel 24, 2026
Sabah hava necə olacaq? – PROQNOZ
Hava

Sabah hava necə olacaq? – PROQNOZ

Aprel 24, 2026
Pensiyalarla bağlı rəqəmlər açıqlandı
Cəmiyyət

Pensiyalarla bağlı rəqəmlər açıqlandı

Aprel 24, 2026
Bu ərazilərdə 4 saat işıq olmayacaq
Cəmiyyət

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Aprel 24, 2026
Prezidentin sərəncamı ilə təyin edilən yeni rektor kimdir? - Dosye
Cəmiyyət

Prezidentin sərəncamı ilə təyin edilən yeni rektor kimdir? - Dosye

Aprel 23, 2026
Metroda qatarların hərəkəti tam bərpa olundu
Cəmiyyət

Metroda qatarların hərəkəti tam bərpa olundu

Aprel 23, 2026

XƏBƏR LENTİ

Azərbaycan XİN bəyanat yaydı

Azərbaycan XİN bəyanat yaydı

24 Aprel, 26 / 13:22
Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

24 Aprel, 26 / 13:00
ABŞ-İran gərginliyində yeni PLAN: Hörmüz boğazı hədəfdə

ABŞ-İran gərginliyində yeni PLAN: Hörmüz boğazı hədəfdə

24 Aprel, 26 / 12:51
Prezident Samir Şərifovu sədr təyin etdi

Prezident Samir Şərifovu sədr təyin etdi

24 Aprel, 26 / 12:33
Onlara maddi yardım veriləcək - Prezidentdən SƏRƏNCAM

Onlara maddi yardım veriləcək - Prezidentdən SƏRƏNCAM

24 Aprel, 26 / 12:25
İlham Əliyev SƏRƏNCAM imzaladı

İlham Əliyev SƏRƏNCAM imzaladı

24 Aprel, 26 / 12:23
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video

Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video

24 Aprel, 26 / 12:17
Faizlə borc verməyin - XƏBƏRDARLIQ

Faizlə borc verməyin - XƏBƏRDARLIQ

24 Aprel, 26 / 11:57
Azərbaycandan Ermənistana buğda göndərildi - YENİLƏNİB

Azərbaycandan Ermənistana buğda göndərildi - YENİLƏNİB

24 Aprel, 26 / 11:25
Bu ərazilərə sulu qar yağır

Bu ərazilərə sulu qar yağır

24 Aprel, 26 / 10:59
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026