Federal agentlər Şarlotta şəhərində immiqrasiyaya qarşı mübarizəyə başlayıb
ABŞ prezidenti Donald Trampın qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində federal agentlər Şimali Karolina ştatının Şarlotta şəhərinə göndərilib.
“Xəbərsiz” bildirir ki, bu barədə Daxili Təhlükəsizlik Departamenti (DHS) məlumat yayıb.
ABŞ Gömrük və Sərhəd Patrulunun komandiri Qreqori Bovino X platformasında paylaşdığı məlumatda bildirib ki, şənbə günü şəhərdə ən azı 81 nəfər saxlanılıb.
Hadisə ilə bağlı Şarlotta şəhərinin meri Li Vayls da daxil olmaqla yerli rəsmilər birgə bəyanat yayaraq əməliyyatı tənqid ediblər. Onlar bunun cəmiyyətdə “lazımsız qorxu və qeyri-müəyyənlik” yaratdığını qeyd ediblər.
Tramp vəzifəyə qayıtdıqdan sonra ABŞ tarixində “ən böyük deportasiya proqramı”nı həyata keçirmək məqsədilə Vaşinqton, Los-Anceles və Çikaqoya da federal qüvvələr göndərmişdi.





