Fransız gəncləri Ukraynada döyüşməyəcəklər - Makron
Fransa prezidenti Emmanuel Makron müzakirə olunan milli hərbi xidmət islahatının fransız gənclərin Ukrayna münaqişə zonasına göndərilməsinə səbəb ola biləcəyi ilə bağlı ehtimalları rədd edib.
“Xəbərsiz” bildirir ki, o, bu barədə RTL radiosunun verilişinə müsahibəsi zamanı danışıb.
“Biz silahlı qüvvələrlə hökumət arasında əlaqələri gücləndirməliyik. Biz gənclərimizi Ukraynaya göndərəcəyimiz fikrini dağıtmalıyıq. Bu barədə heç bir müzakirə aparılmır”, – Fransa lideri qeyd edib.
Xəbərsiz





