Gürcüstan bu il rekord sayda əcnəbini deportasiya edib
2025-ci ilin əvvəlindən mindən çox əcnəbi Gürcüstandan çıxarılıb.
“Xəbərsiz” bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Bu, görünməmiş yüksək göstəricidir. Bu, son üç il ərzində deportasiya edilənlərin ümumi sayından xeyli çoxdur”, – Daxili İşlər Nazirliyi bildirib.
Qovulan şəxslərin ölkəyə girişi qadağan edilib.
Müqayisə üçün qeyd edək ki, ötən il Gürcüstandan 363 əcnəbi vətəndaş deportasiya edilib.
İslam İman





