"HƏMAS bütün girovların cəsədlərini təhvil verməlidir"
Almaniya kansleri Fridrix Merz İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı keçirib.
“Xəbərsiz” bildirir ki, onlar Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
Tərəflər Fələstinin HƏMAS hərəkatının son girovların cəsədlərini təhvil verməli olduğunu bildiriblər.
Bunu jurnalistlərə Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius deyib.
O qeyd edib ki, Merz və Netanyahu “Qəzza zolağında atəşkəs rejiminin daha da sabitləşdirilməsi yollarını müzakirə ediblər”.
“Tərəflər razılaşıblar ki, humanitar yardım Qəzza xalqına təhlükəsiz və kifayət qədər miqdarda çatdırılmalıdır. Həmas son girovların qalıqlarını dərhal təhvil verməlidir”, – Kornelius vurğulayıb.
İslam İman





