İlham Əliyev Qazaxıstan Prezidentinə təşəkkür etdi
Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin “X” hesabında paylaşım edilib:
“İran dövləti tərəfindən Naxçıvana edilən hücumları qınadığına və Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm”.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





