Məzmuna keç

İran Omanla dil tapdı – Hörmüzdə təhlükə olmayacaq?

Oman və İran Hörmüz boğazında təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və tezliklə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

İRNA agentliyi Baqainin sözlərini sitat gətirib:

“İran və Oman arasında məsləhətləşmə prosesi uğurla davam edir. Hörmüz boğazında təhlükəsiz ikitərəfli marşrutların coğrafi koordinatları barədə razılığa gəlməklə yanaşı, hər iki tərəf bu məsələnin müvafiq beynəlxalq quruma necə təqdim ediləcəyi barədə razılığa gəlib”.

O əlavə edib ki, plan “yaxın gələcəkdə” təqdim olunacaq.