“Çinar AN” MTK yaşayış kompleksində yaşayan bir qrup sakin etiraz aksiyası keçirir.
“Xəbərsiz” bildirir ki, onlar artıq 10 gündən çoxdur elektrik enerjisinin verilmədiyini bildirirlər.
Sakinlərin sözlərinə görə, yaranmış problem uzun müddətdir həll olunmadığı üçün etiraz olaraq Bakı–Sumqayıt yolu bağlanıb.
Aksiya nəticəsində ərazidə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Etirazçılar məsələ ilə bağlı Xırdalan Şəhər İcra Hakimiyyəti və Azərişıq ASC-dən problemlərinin həllini tələb edirlər.
Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.





