Avropa Kosmik Agentliyi (ESA) “Evklid” kosmik teleskopunun 900 milyondan çox qalaktikanı əhatə edən ilk böyük məlumat toplusunu yayımlayıb.
Noyabrın 12-də yayımlanan məlumatlar Ayın görünən ölçüsündən təxminən 9500 dəfə böyük səma sahəsinin müşahidələrini əhatə edir.
Təxminən 13 aylıq müşahidələr əsasında hazırlanan məlumat toplusunun həcmi 1,7 petabaytdır. Teleskop qalaktikaların həm görüntülərini, həm də məsafələrini ölçərək kainatın üçölçülü xəritəsini hazırlamağa imkan verəcək.
2023-cü ildə kosmosa göndərilən “Evklid” teleskopunun əsas məqsədi kainatın quruluşunu, qaranlıq maddə və qaranlıq enerjinin təbiətini araşdırmaqdır.
ESA missiyanı 2031-ci ildə başa çatdırmağı və səmanın üçdəbirindən çoxunu əhatə edən ən böyük üçölçülü kosmos atlasını yaratmağı planlaşdırır.










