Kiyev heç vaxt danışıqları bərpa etməyə hazır olması barədə məlumat göndərməyib - Kreml
Ukrayna tərəfi Rusiyanın sülh təşəbbüslərinə cavab, eləcə də Moskva ilə danışıqları bərpa etməyə hazır olması barədə məlumat verməyib.
“Xəbərsiz” bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, indiyədək Kiyevdən heç bir məlumat almamışıq. Görünür, Vladimir Zelenski sabah İstanbulda baş tutacaq təmasları nəzərdə tuturdu”, – Peskov brifinqdə deyib.
“Bunlar Zelenskinin türk dostlarımızla təmaslarıdır və yəqin ki, onlara cənab ABŞ prezidentinin xüsusi elçisi Stiv Witkoff da qoşulacaq”, – Peskov Kremlin bu danışıqların nəticələrini gözləyəcəyini bildirib.
Qeyd edək ki, Zelenski noyabrın 19-da Ukrayna nizamlanması üzrə “danışıqları inkişaf etdirmək üçün” Türkiyəyə səfər edəcəyini bildirib. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətləri öz ideyalarını tərəfdaşlarına təqdim edəcək və məhbus mübadiləsinin bərpasını müzakirə edəcəklər. Zelenski Türkiyədə kiminlə görüşmək niyyətində olduğunu və hansı ideyaların olduğunu açıqlamayıb.
Xəbərsiz





