Kremldən Trampa ultimatum: "Cavab çox sərt olacaq!"
Kreml ABŞ prezidenti Donald Trampın Konqresdəki Respublikaçıların Rusiya ilə iş aparan bütün ölkələrə qarşı sanksiyalar tətbiq edəcək qanun hazırlaması barədə açıqlamasına reaksiya verib.
“Xəbərsiz” xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva belə bir qanunun qəbuluna çox sərt cavab verəcək.
“Moskva ABŞ-ın Rusiya ilə əməkdaşlıq edən ölkələrə qarşı sanksiyalar haqqında qanunun qəbuluna son dərəcə mənfi reaksiya verəcək”, – Peskov deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Konqresdəki respublikaçıların Rusiya ilə iş aparan bütün ölkələrə qarşı sanksiyalar tətbiq edəcək qanun hazırladıqlarını açıqlayıb.
Tramp əlavə edib ki, yeni tədbirlər Moskvanın əsas hərbi müttəfiqi olan İrana da şamil oluna bilər.
Əli Hacı





