Lavrov: Moskva ABŞ-nin Ukrayna ilə danışıqların nəticələri barədə ona məlumat verməsini gözləyir
Moskva ABŞ-nin Ukrayna və Avropa nümayəndələri ilə danışıqların nəticələri barədə ona məlumat verməsini gözləyir və bunun yaxın gələcəkdə baş verəcəyinə ümid edir.
“Xəbərsiz” bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz gözləyirik ki, ABŞ Ukrayna rejimi və avropalılarla məsləhətləşmələrini başa çatmış hesab etdikdə, onlar bizə məlumat verəcəklər. Ümid edirik ki, bu, yaxın gələcəkdə baş verəcək”, – nazir Rusiya və Belarus Xarici İşlər nazirliklərinin kollegial görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Xəbərsiz





