“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da…
11 Avqust 2026
Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var
11 Avqust 2026
Bəşər Əsəd edam cəzasına məhkum edildi
11 Avqust 2026
Əsas/Cəmiyyət/Məhərrəmlikdə toy etmək olar?
Cəmiyyət

Məhərrəmlikdə toy etmək olar?

Xəbərsiz Media
12 İyun 2026

İyunun 16-da Azərbaycanda Məhərrəm ayı başlayır.

Bu ayın əsas ənənələrindən biri də odur ki, müsəlmanların bir qismi Məhərrəmlikdə toy etmir.

Bəs məhərrəmlikdə toy etmək olarmı?

“Xəbərsiz” xəbər verir ki, mövzu ilə bağlı Milli.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan Məhərrəm ayı İslam təqviminə görə ilin başlanğıc ayıdır deyib.

“Məhərrəm ayı İslam təqviminə görə ilin başlanğıc ayıdır. Bu ay Quranda haram ay hesab olunur. Yəni, bu ayda savaşmaq, qan tökmək olmaz. Peyğəmbər bu ayın əvvəllərində bir neçə gün oruc tutarmış. Ramazan orucu fərz qılındıqdan sonra Aşura orucu sünnət hökmünə keçib. Bir çox hadisələrin də bu ayda baş verdiyi qeyd olunur. Hətta Musa peyğəmbərin Firondan xilas olmasının da bu aya təsadüf etdiyi bildirilir. Lakin Məhərrəm ayında ən yaddaqalan və geniş təsir oyadan hadisə Peyğəmbərin nəvəsi Həzrət Hüseynin Kərbəlada şəhid olmasıdır. Bu hadisədən sonra, müəllifin fikrincə, xüsusilə farslar həmin faciədən xilafət əleyhinə istifadə etməyə başlayıblar. Buna səbəb kimi İmam Hüseynin həyat yoldaşının Sasani şahının qızı olması göstərilir.”

İlahiyyatçı qeyd edib ki, beləliklə, yas və matəm adı altında xilafət əleyhinə siyasi təbliğat və etiraz aksiyalarının təşkil edildiyi iddia olunur.

“Fars əsilli Büveyhilərin və erməni vəzirli Fatimilərin Məhərrəm ayından istifadə edərək İmam Hüseynin şəhadətini rəqib tərəfə qarşı fərqli ideoloji xəttə çevirdikləri qeyd edilir. Məhərrəm ayının matəm ayı elan olunması, qara geyinmək, mərsiyələr oxumaq, şüarlar səsləndirmək, bayraq və ələm qaldırmaq kimi ənənələr qədim fars və Sasani adətlərinin davamıdır. Həmin dövrlərdə şahlar üçün də bu formada yas mərasimləri keçirilirdi.”

T. İrfan bildirib ki, İslam dinində isə matəm və yasın qəti şəkildə qadağan edildiyi vurğulanır.

“Ölən şəxs üçün yalnız üç gün yas saxlamağın mümkün olduğu bildirilir. Qeyd olunur ki, Həzrət Məhəmməd Peyğəmbərin sağlığında 6 övladı vəfat edib, əmisi Həmzə, əmisi oğlu Cəfər və digər çoxsaylı səhabələr şəhid olublar. Buna baxmayaraq, Peyğəmbər onların heç biri üçün ümumi matəm elan etməyib. Hətta Peyğəmbərin özü vəfat etdikdə belə ona yas və matəm mərasimləri keçirilmədiyi, sonrakı illərdə vəfatının ildönümünün qeyd olunmadığı bildirilir. Müəllif bunu İslamın ruhu ilə əlaqələndirir və qeyd edir ki, İslam insanın ölümdən sonra, xüsusilə də şəhid olduqdan sonra əbədi həyata qovuşduğunu qəbul edir.”

İlahiyyatçı vurğulayıb ki, sonrakı dövrlərdə bəzi dairələr İmam Hüseynin şəhadətini ümumi matəm formasına çeviriblər.

“Bu ənənənin Azərbaycan ərazisinə də Səfəvilər dövründə keçdiyi qeyd olunur. Qurana, Peyğəmbərin sünnəsinə və Əhli-beytin mövqeyinə görə Məhərrəm ayı matəm ayı deyil. Bu ayda nikah və nişan mərasimlərinin keçirilməsi ilə bağlı hər hansı qadağa yoxdur. Yalnız İmam Hüseynin faciəvi şəhadətinin xatırlandığı günlərdə musiqili şənliklərin ehtiram əlaməti olaraq təxirə salınmasının etik baxımdan daha uyğun ola biləcəyi qeyd edilir.”

T. İrfan qeyd edib ki, İslam dinindəki hökmlər vəhyin tamamlanması və Peyğəmbərin vəfatı ilə yekunlaşıb.

“Kərbəla hadisəsi isə bundan təxminən 50 il sonra baş verib. Buna görə də sonradan baş verən hadisələr əsasında dinə yeni qaydaların əlavə edilməsinin doğru olmadığı bildirilir. Əhli-beyti sevmək Məhərrəm ayında sinə vurmaq və ya baş yarmaq deyil. Əsas olan halal yaşamaq, ibadət etmək, dürüst olmaq və Əhli-beytin əxlaqını örnək götürməkdir.

İlahiyyatçı qeyd edib ki, İslam dinində matəm, yas saxlamaq kimi ibadət, ayin, əmr yoxdur.

“Vaxtilə Mirzə Ələkbər Sabirin, Mirzə Cəlilin də tənqid etdiyi feodal molla sinfi bu ərəfədə xalqı istismar edib, nəzir, zəkat, xüms adı ilə vergi toplayıb, ələm gəzdirib pul yığıb. Odur ki, Qurana, İslama qayıdıb bu cür xurafatlardan uzaq olmaq vacibdir. İmam Hüseyni yas, matəmə yad etmək İslama, Qurana, Peyğəmbərin ənənəsinə tamamilə əksdir. Cənnətə gedən şəhid üçün sinə döyüb ağlayaq ki, niyə cənnətə getdi? Bu küfrdür, Allahın qədərinə üsyandır. Ümumiyyətlə Məhərrəm ayı ilə bağlı ənənəvi şəkildə istifadə olunan əməllərin çoxu fars xurafatı, İran mövhumatıdır. Çünki oradan başqa heç bir müsəlman ölkəsində Məhərrəm ayında nikah, evlilik edib etməmək mübahisə mövzusu deyil. Sabun işlətmək, çimmək, saça xına qoymaq olmaz deyirlər. Təəssüf ki, əhali arasında da bu xurafatları yayanlar var. Belə şeylər İmam Hüseynin ali amalına, şəhadət məqamına yaraşmayan, əksinə onu hörmətdən salmağa hesablanan cahiliyyət əməlləridir”, – deyə ilahiyyatçı qeyd edib.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya11 Avqust 2026

Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da...

Cəmiyyət11 Avqust 2026

Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var

Dünya11 Avqust 2026

Bəşər Əsəd edam cəzasına məhkum edildi 

Mədəniyyət10 Avqust 2026

“Ənənəvi Sənətdən Süni İntellektə”: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutub

Dünya10 Avqust 2026

Pezeşkian Xamenei ilə görüşündən danışdı: 7 saat...

Dünya10 Avqust 2026

Vuçiçdən qorxulu mesaj: Dünya böyük müharibə ərəfəsindədir

Cəmiyyət10 Avqust 2026

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

Cəmiyyət10 Avqust 2026

Hansı hallarda maaşınız 400 manatdan az ola bilər?

Elm və təhsil10 Avqust 2026

Tibb Universitetində təhsil haqları aşağı salındı - 1500 manat...

Media09 Avqust 2026

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

Həmçinin oxu

Cəmiyyət

Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var

No Comment
13 baxış
Cəmiyyət

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

No Comment
14 baxış
Cəmiyyət

Hansı hallarda maaşınız 400 manatdan az ola bilər?

No Comment
14 baxış
Cəmiyyət

“Yay Fest 2026”da müasir şəhərlər və texnologiyalar mövzusu müzakirə olunub

No Comment
99 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2190
Dünya 1262
Elm və təhsil 377
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026