Almaniyanın keçmiş kansleri Angela Merkel etiraf edib ki, 2019-cu ildə rəsmi tədbirlər zamanı baş verən şiddətli titrəmələrə, xüsusən də yaxınlarının itkisi ilə bağlı ağır stress səbəb ola bilər.
2019-cu ilin yayında Merkel Berlində rəsmi tədbirlər zamanı üç dəfə ictimaiyyət qarşısında güclü titrəmə yaşadı. O zaman onun mətbuat xidməti bunları yalnız isti havada susuzlaşma ilə əlaqələndirmişdi və Merkel özü də sağlamlığı ilə bağlı sualları cavablandırmaqdan yayınmışdı.
“2019-cu ildə hərbi təltif mərasimi zamanı güclü titrəmə tutması keçirəndə – bütün bu (daxili – red.) gərginliyin, ehtimal ki, anamın ölümü və ya siyasətdən gedəcəyimi bildiyim üçün – belə anlarda bədən sadəcə siqnallar verir və insan baxımından bu, çox, çox yaxşıdır”, – Merkel “Magenta TV”yə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, itkiyə görə kədərlənmək üçün çox az vaxt sərf edib, məsuliyyətlərinə görə işdən fasilə verə bilməyib.
Keçmiş kanslerin sözlərinə görə, o dövrdə problemin həlli hərbi icmalların oturmuş vəziyyətdə aparılmasına keçmək idi.
“Əvvəlcə bir az qəribə görünürdü, amma sonra hamı buna öyrəşdi”, – Merkel deyib.










