Məzmuna keç

Metronun iş vaxtı dəyişdirilir

Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı ilə əlaqədar metronun “qırmızı xətt”ində (M1) iş vaxtı bir saat uzadılacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, “qırmızı xətt”in bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq.

Stansiyalara əlavə işçi qüvvəsi cəlb edilməklə nəzarət gücləndiriləcək. Qarşılaşmadan sonra qatarların hərəkəti “Koroğlu” stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək.

Gün ərzində isə qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.

Metronun “yaşıl” (M2) və “bənövşəyi” (M3) xətlərində iş rejimi dəyişdirilməyəcək.