Məzmuna keç

Minaya düşdü, yanğın başladı, köməyə gələn gəmi də alovlandı – Hörmüzdə nə baş verir?

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazını keçməyə cəhd edən iki neft tankerində, eləcə də yedək gəmisində yanğın baş verdiyini bildirib.

Bu barədə “Press TV” məlumat yayıb.

“İki neft tankeri və bir yedək gəmisi Hörmüz boğazını icazəsiz yolla keçməyə çalışarkən yanğına səbəb olub”, – məlumatda deyilir.

Məlumata görə, tankerlərdən biri minaya düşüb, ikinci tankerdəki yanğının səbəbi isə hələlik müəyyən edilməyib. Yanğını söndürməyə kömək etmək üçün ikinci tankerə yaxınlaşan yedək gəmisi də alovlanıb.