“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da…
11 Avqust 2026
Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var
11 Avqust 2026
Bəşər Əsəd edam cəzasına məhkum edildi
11 Avqust 2026
Əsas/Gündəm/Minlərlə iş yeri yaradılacaq — Nazir müavini AÇIQLADI
Gündəm

Minlərlə iş yeri yaradılacaq — Nazir müavini AÇIQLADI

Xəbərsiz Media
24 İyun 2026

Mingəçevir Sənaye Parkında yeni tekstil layihələri hesabına minlərlə iş yeri yaradılacaq.

“Xəbərsiz” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.

Onun sözlərinə görə, Parkda fəaliyyət göstərən, 93 milyon ABŞ dolları investisiya hesabına yaradılmış “Mingəçevir Tekstil” layihəsi qabaqcıl beynəlxalq texnologiyalar əsasında illik 20 min ton iplik istehsalı gücünə malikdir: “Müəssisədə 600-ə yaxın daimi iş yeri yaradılıb, istehsal olunan məhsulların əhəmiyyətli hissəsi isə xarici bazarlara ixrac edilir. Hazırda sənaye parkında icrasına başlanılan digər layihə – “Textile Horizon” ölkədə tam tekstil klasterinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəyəri 150 milyon manat olan investisiya layihəsi çərçivəsində pambıq ipliyi, parça, boyanmış parça və hazır tekstil məhsulları istehsal ediləcək. Layihə çərçivəsində 2 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”.

“Bu müəssisələr yalnız yeni istehsal güclərinin yaradılmasına deyil, həm də pambıq mahlıcından hazır tekstil məhsullarına qədər vahid istehsal zəncirinin ölkə daxilində formalaşdırılmasına xidmət edir. Belə bir istehsal zənciri tam formalaşacağı təqdirdə, hazırda təxminən 203 milyon ABŞ dolları təşkil edən ixrac dəyərinin əlavə dəyər hesabına minimum iki dəfə və daha çox artması mümkündür”, – deyə nazir müavini əlavə edib.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda pambıq dəyər zəncirinin dərinləşdirilməsində yeni mərhələ başlayır: “Həyata keçirilən dövlət siyasəti nəticəsində pambıq əsasında mahlıc, iplik, parça və hazır tekstil məhsullarını əhatə edən vahid sənaye dəyər zəncirinin formalaşdırılması istiqamətində mühüm institusional və istehsal bazası yaradılıb: “Qarşıdakı dövrdə əsas vəzifə mövcud xammal və istehsal potensialından daha səmərəli istifadə etməklə pambıq əsasında formalaşan dəyər zəncirinin daha da dərinləşdirilməsidir. Bu yanaşma yeni Dövlət Proqramında müəyyən edilmiş, dəyər zəncirinin intensivləşdirilməsinə əsaslanan ixracyönümlü aqrobiznes modelinin formalaşdırılması məqsədləri ilə tam uzlaşır. Nəticədə, bir tərəfdən yerli xammalın iqtisadi səmərəliliyi artırılacaq, digər tərəfdən isə yeni sənaye müəssisələrinin yaradılmasına, ixracyönümlü istehsalın genişlənməsinə və regionlarda dayanıqlı məşğulluğun artmasına mühüm töhfə veriləcək”.

“Bu məqsədlərə nail olmaq üçün dövlət tərəfindən yaradılmış dəstək mexanizmləri daha da təkmilləşdirilir. Bu ildən etibarən sənayenin və sahibkarlığın inkişafını stimullaşdıran yeni təşviq alətlərinin tətbiqinə başlanılıb. Belə ki, kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin genişləndirilməsi, qeyri-neft məhsulları üzrə nəqliyyat-logistika xərclərinin subsidiyalaşdırılması, ixrac rəsmiləşdirilməsi xərclərinin kompensasiyası, kommunal infrastruktura qoşulma xərclərinin subsidiyalaşdırılması, eləcə də strateji investisiya layihələri üçün nəzərdə tutulan xüsusi dəstək mexanizmləri sahibkarların investisiya və istehsal xərclərinin azaldılmasına xidmət edəcək. Bu tədbirlər yeni layihələrin həyata keçirilməsinə, məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsinə, investisiya fəallığının artmasına əlavə stimul yaradacaq. Beləliklə, investisiyanın formalaşdırılmasından başlayaraq maliyyələşdirmə, istehsalın təşkil edilməsi, infrastruktur təminatı və ixracın dəstəklənməsinə qədər bütün mərhələləri əhatə edən kompleks təşviq sistemi pambıq emalı və tekstil sənayesinin inkişafı üçün yeni imkanlar yaradır”, – deyə S.Bəşirli əlavə edib.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya11 Avqust 2026

Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da...

Cəmiyyət11 Avqust 2026

Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var

Dünya11 Avqust 2026

Bəşər Əsəd edam cəzasına məhkum edildi 

Mədəniyyət10 Avqust 2026

“Ənənəvi Sənətdən Süni İntellektə”: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutub

Dünya10 Avqust 2026

Pezeşkian Xamenei ilə görüşündən danışdı: 7 saat...

Dünya10 Avqust 2026

Vuçiçdən qorxulu mesaj: Dünya böyük müharibə ərəfəsindədir

Cəmiyyət10 Avqust 2026

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

Cəmiyyət10 Avqust 2026

Hansı hallarda maaşınız 400 manatdan az ola bilər?

Elm və təhsil10 Avqust 2026

Tibb Universitetində təhsil haqları aşağı salındı - 1500 manat...

Media09 Avqust 2026

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

Həmçinin oxu

Gündəm

SOCAR-da kütləvi ixtisarlar gedir? - RƏSMİ

No Comment
590 baxış
Gündəm

Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu

No Comment
928 baxış
Gündəm

Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı

No Comment
796 baxış
Gündəm

Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti

No Comment
588 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2190
Dünya 1262
Elm və təhsil 377
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026