Moldova: Pilotsuz təyyarələr hava məkanımıza daxil olub
6 pilotsuz təyyarə bu səhər Moldovanın hava məkanına icazəsiz daxil olub.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Moldova Müdafiyə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi hadisənin qonşu Ukraynaya kütləvi hücumdan sonra baş verdiyini bildirib.
Məlumata görə, pilotsuz təyyarələrdən biri Rumıniya ilə sərhədə doğru gedib, digəri isə Floreşti rayonunda meyvə bağçasındakı binanın üzərinə düşüb.
“Bazar ertəsindən çərşənbə axşamına keçən gecə Ukraynaya kütləvi hücumdan sonra Milli Ordunun hava məkanını müşahidə sistemləri 2025-ci il noyabrın 25-i səhər saatlarında milli hava məkanını qeyri-qanuni olaraq keçən altı pilotsuz uçan aparatı aşkar edib”, – Müdafiə Nazirliyinin rəsmi açıqlamasında deyilir.
Xəbərsiz





