Müəllimlik! Ən uca peşə sənəti,
Bununla həmişə qürur duymuşam.
Bu müqəddəs yolun, hər qədəmində
Neçə ürəklərə mən toxunmuşam.
Əziz və sevimli şagirdlərimə
Ana qayğısıyla mən yanaşmışam.
Vicdanla, fəxrlə müqəddəs borcla
Vətəni sevməyi aşılamışam.
Aydın sabahların təməlin atıb,
Bünövrəni mən zəkamla tikmişəm.
Könüllərə saf duyğular əkərək
Neçə fidanları mən böyütmüşəm.
Ləyaqətlə ötüb keçən ömrümdə
Hörmət və ehtiram mən qazanmışam.
Ədalət, inamla haqqın yolunda
Təmiz vicdanımla addımlamışam.
Elmin zirvəsində ucalan yola
Mən zəhmətimlə cığır açmışam.
Cəhalət, zülmət qaranlığına
Şəfqətlə, sevgimlə işıq saçmışam.
Bakı şəhəri Xəzər rayonu 124 nömrəli tam orta məktəbin biologiya və Steam müəllimi Seyidova Aytən










