Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
SON DƏQİQƏ! Ruslan Eyyubovdan xəbər var
Ebola ilə bağlı TƏHLÜKƏLİ VƏZİYYƏT
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Sabah Məhərrəm ayı başlayır
15 İyun 2026
Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər
15 İyun 2026
Heydər Əliyev və 15 iyunun tarixi əhəmiyyəti – TƏHLİL
15 İyun 2026
Əsas/Elm və təhsil/Nazir məktəblərin bağlanmasından danışdı - İxtisarlar davam edəcək
Elm və təhsil

Nazir məktəblərin bağlanmasından danışdı - İxtisarlar davam edəcək

Xəbərsiz Media
13 Noyabr 2025

“Tələbə kreditləri ilə bağlı ya daha çox tələbəyə yalnız təhsil haqqını ödəməklə yardım edirik, ya da daha az tələbəyə həm təhsil, həm də yaşayış xərclərini qarşılamaqla dəstək verə bilərik. Burada əsas məsələ balanslı yanaşmadır”.

“Xəbərsiz” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev  parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir məktəblərin ixtisarından da danışıb. O bildirib ki, məktəblərin ixtisarı davam edəcək: “Biz buna “ixtisar” deyil, “səmərəlilik” yanaşması deyirik. Çünki 5-10 nəfərlə fəaliyyət göstərən məktəblərdə keyfiyyətli təhsilin təmin olunması real deyil. Məsələn, bir məktəbdə 10 şagird varsa, hər sinifdə 2 nəfərdirsə, o uşaqlara musiqi dərsində xor öyrətmək, idman, qrup oyunu və sosiallaşma bacarığı aşılamaq mümkün deyil. Belə bir məktəbdən məzun olan şagirdin neçə dostu olacaq? Bu onların gələcək həyatına necə təsir edəcək?

Bizim əsas məqsədimiz daha çox iş yerini qorumaq yox, daha keyfiyyətli təhsil təmin etməkdir. Bir sinif üçün istər 1 uşaq olsun, istər 40 dövlət büdcəsindən orta hesabla 20-25 min manat xərc tələb olunur. Biz bu uşaqları daha yaxşı şəraitli məktəblərə yönləndirərək keyfiyyəti artıra bilərik”.

Emin Əmrullayev əlavə edib ki, Qarabağ məktəbləri ilə bağlı məsələ mürəkkəbdir.

“Bu, mərkəzləşdirilmiş bir prosesdir. Təbii ki, Böyük Qayıdış prosesi daxilində açılan hər bir məktəb bizim üçün böyük sevincdir. Lakin texniki tərəfdən çətinliklər də mövcuddur. Ağdamda, məsələn, bir nömrəli məktəb varsa, əvvəlki məktəb bağlanmalıdır. İki eyni adda məktəb ola bilməz. Biz istəyirik ki, bu keçid mərhələsi tədricən və ağrısız şəkildə həyata keçirilsin.

Bilirik ki, bu qərarlar insanların həyatına birbaşa təsir edir, amma imkanlar daxilində maksimum səmərəli və düzgün qərarlar verməyə çalışırıq. Sevindirici hal odur ki, bu prosesdə məktəblər bağlanmır, sadəcə yerdəyişmə olur. Ola bilər ki, kimsə köçmək istəmir, lakin ümumilikdə baxanda, nəticədə müəllimlərin iş sayı azalmır, əksinə artır”, – nazir deyib.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət15 İyun 2026

Sabah Məhərrəm ayı başlayır 

Elm və təhsil15 İyun 2026

Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər

Baxış bucağı15 İyun 2026

Heydər Əliyev və 15 iyunun tarixi əhəmiyyəti - TƏHLİL 

Baxış bucağı15 İyun 2026

Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti

Cəmiyyət15 İyun 2026

Azərbaycanda maaş və pensiyalar YENİ QAYDADA ÖDƏNİLƏCƏK

Gündəm15 İyun 2026

Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş

Dünya15 İyun 2026

Mbappe Fransa prezidentliyinə namizəd OLACAQ?

Mədəniyyət15 İyun 2026

Flora Kərimova ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Dünya15 İyun 2026

Hava limanında saxlanılan Koçaryanın ölkədən çıxışına qadağa qoyuldu

Dünya15 İyun 2026

SON DƏQİQƏ! Netanyahu Trampın sülh bağlı tələbini RƏDD ETDİ

Həmçinin oxu

Elm və təhsil

Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər

No Comment
100 baxış
Elm və təhsil

Bu müəllimlərin MAAŞI ARTACAQ

No Comment
1.5K baxış
Elm və təhsil

DİM iyunun 14-də imtahan keçirəcək

No Comment
51 baxış
Baxış bucağı

3 nömrəli məktəbdə qalmaqal: Summativ üçün pul yığılır?

No Comment
577 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
Mbappe Fransa prezidentliyinə namizəd OLACAQ?
Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq
İqtisadiyyat
Dollar almaq istəyənlərin nəzərinə
Azərbaycan neftinin qiyməti artdı
Kirayə mənzillər bahalaşacaq – SƏBƏB

Bölmələr üzrə

Baxış bucağı 798
Cəmiyyət 2003
Dünya 1100
Elm və təhsil 322
Gündəm 1140

Bütün müəllif hüquqları qorunur - 2026