“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Xamenei ölüm yatağındadır – KİV
07 Avqust 2026
Sabah hava necə olacaq?
07 Avqust 2026
Samir Şərifov sədr təyin edildi – Sərəncam
07 Avqust 2026
Əsas/Cəmiyyət/“Oğlumun "qan pulu"nu yeyə bilərmi?” – Şəhid anasının 30 mini mənimsənilib?
CəmiyyətManşet

“Oğlumun "qan pulu"nu yeyə bilərmi?” – Şəhid anasının 30 mini mənimsənilib?

Xəbərsiz Media
30 İyun 2026

Vətən Müharibəsi şəhidi Kamran Qasımovun anası Nailə Qasımova dələduzluqla üzləşdiyini iddia edir.

Bakupost.az-a danışan şəhid anasının sözlərinə görə, Ülkər Şahverdi qızı Əzizova onu aldadaraq ümumilikdə 30 min manatını ələ keçirib. Belə ki, həmin şəxs Kamran Qasımovun adını özünə məxsus uşaq bağçalarından birinə verəcəyini deyərək onun inamını qazanıb.

Nailə Qasımova bildirir ki, 2024-cü ilin yanvarında bir tədbirdə tanış olduqları Ü.Əzizova sonradan onların evində şəhidin xatirəsinə yaradılmış muzeyi ziyarət edərək özünü etibarlı şəxs kimi təqdim edib:

“Dedi ki, Xankəndidə bağça açıb, ora general Polad Həşimovun adını verib, açılışda yüksək vəzifəli şəxslər iştirak edib. Bizi bu cür inandırdı. Sonradan məlum oldu ki, bunların hamısı yalandır”.

Şəhid anasının sözlərinə görə, Ü.Əzizova sonradan başqa bir bağçaya Kamran Qasımovun adını vermək istədiyini və guya açılış üçün depozitdəki vəsaiti çıxarmağa məbləğin çatmadığını bildirərək kömək istəyib:

“Mən bankdan 5 min 300 manat götürdüm, əlavə olaraq qohum və tanışlardan borc alaraq ümumilikdə 12 min manat pul verdim. Generalın adını çəkdiyi üçün ona inandım”.

Zərərçəkmiş bildirir ki, həmin şəxs sonradan başqa vədlərlə yenidən pul toplamağa başlayıb:

“Guya tanışlıqla tələbələrin kəsirlərini sildirə bilirmiş. Bu bəhanə ilə mənim vasitəmlə ətrafımdan minlərlə manat əlavə pul yığdı. Beləliklə, ümumi məbləğ 30 min manata çatdı”.

Nailə Qasımova deyir ki, məbləğin 5 min manatı Sabunçu polisi tərəfindən alınaraq geri qaytarılıb, qalan 25 min manat isə hələ də ödənilməyib. Onun sözlərinə görə, faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Şəhid anası əlavə edib ki, itirilən vəsaitin böyük hissəsi Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva tərəfindən şəhid övladı üçün fonddan ayrılmış pul olub:

“Bu insan mənim uşağımın “qan pulu”nu yeyə bilərmi? Belə insanlar şəhid ailələrinə yaxınlaşıb dələduzluq edirlər. Biz artıq kimə inanaq?”.

Onun sözlərinə görə, qarşı tərəfin yaxınları da pulu qaytaracaqlarını vəd etsələr də, bu günə qədər ödəniş edilməyib.

“Qohumları bir neçə ay möhlət istədilər, amma sonra vəkil tutub onu həbsdən çıxardılar. İndi isə mənə şərt qoyurlar ki, şikayətdən imtina edim və 25 min manatın əvəzinə 1500 manat alım. Mənə şərt qoyurlar”, – N.Qasımova iddia edib.

Sözügedən iddialarla bağlı suallarımızı cavablandıran Ülkər Əzizova Bakupost.az-a bildirib ki, hazırda məsələ üzrə iş istintaqdadır və səsləndirilən fikirlər doğru deyil:

“Nailə xanımla bağça qurmağa qərar verdik və o, təmir işlərinə şərikim və işçim kimi kömək edib. Sənədləşmə işləri gecikdiyi üçün isə Nailə xanım məndən vəsaiti geri tələb etdi. Vəsait xərcləndiyi üçün ona hissə-hissə qaytarmağı təklif etdim. Daha sonra aramızda problem yarandı və o, şikayət etdi. Mən saxlanıldım və məhkəmə qərarı ilə azad edilmişəm.

Məbləğin yarısı qaytarılıb. 12 min manatlıq məbləğ şişirdilir. Hazırda Nailə xanım çağırılır ki, ödənişlərini alsın, lakin o, gəlmir. 5 min manat məhkəmə qərarı əsasında qaytarılıb, əlavə olaraq 700 və 800 manat ödənişlər edilib. İndi 5 min manat borcumuz qalıb.

Onkoloji xəstə olduğunu deyən Əzizova bildirdi ki, bu müddətdə xeyli stress və gərginlik keçirib:

“Bilmirəm Nailə xanım nə istəyir. Mən ondan heç vaxt istifadə etməmişəm. Şəhid anasıdır, hörmət edirik. Nəvəsi Kamran doğulanda biz də iştirak etmişik, xonçalarla getmişik. 8 Mart və Yeni il kimi günlərdə analar üçün tədbirlər keçirir, onlara hədiyyələr təqdim edirdik. Mən heç vaxt onlardan sui-istifadə etməmişəm. Mənə məxsus bağçada bütün vergi öhdəlikləri də yerinə yetirirəm”.

Qeyd edək ki, Kamran Qasımov Vətən Müharibəsi zamanı, oktyabrın 27-də Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya07 Avqust 2026

Xamenei ölüm yatağındadır – KİV

Hava07 Avqust 2026

Sabah hava necə olacaq?

Prezident07 Avqust 2026

Samir Şərifov sədr təyin edildi - Sərəncam

Cəmiyyət07 Avqust 2026

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı 

Media07 Avqust 2026

Media və Yayım Şurasının sturukturu formalaşdırıldı

Dünya07 Avqust 2026

SEPAH Səudiyyəyə hücuma hazırlaşır - Kəşfiyyat

Cəmiyyət06 Avqust 2026

David Seliverstov yayılan iddialarla bağlı açıqlama verib: “İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir”

İqtisadiyyat04 Avqust 2026

Avro və rubl  ucuzlaşdı -  Yeni Məzənnə

Gündəm04 Avqust 2026

SOCAR-da kütləvi ixtisarlar gedir? - RƏSMİ

Cəmiyyət03 Avqust 2026

Kabab xərçəngə səbəb olur - Sübut edildi

Həmçinin oxu

Dünya

Xamenei ölüm yatağındadır – KİV

No Comment
21 baxış
Prezident

Samir Şərifov sədr təyin edildi - Sərəncam

No Comment
112 baxış
Cəmiyyət

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı 

No Comment
111 baxış
Cəmiyyət

David Seliverstov yayılan iddialarla bağlı açıqlama verib: “İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir”

No Comment
222 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2186
Dünya 1255
Elm və təhsil 376
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026