Məzmuna keç

Pərviz Heydərov vəfat etdi

Tanınmış iqtisadçı-ekspert Pərviz Heydərov vəfat edib

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, Pərviz Heydərov 54 yaşında pnevmoniya səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Pərviz Heydərov uzun illər ərzində Azərbaycanda iqtisadi proseslər, maliyyə və sosial-iqtisadi məsələlərlə bağlı açıqlamaları və analitik şərhləri ilə tanınıb.