“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Xamenei ölüm yatağındadır – KİV
07 Avqust 2026
Sabah hava necə olacaq?
07 Avqust 2026
Samir Şərifov sədr təyin edildi – Sərəncam
07 Avqust 2026
Əsas/Prezident/Prezident korrupsiya ilə bağlı qanuna dəyişiklikləri TƏSDİQLƏDİ
Prezident

Prezident korrupsiya ilə bağlı qanuna dəyişiklikləri TƏSDİQLƏDİ

Xəbərsiz Media
30 İyun 2026

Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqda məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilib.

“Xəbərsiz” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklikləri imzalayıb.

Belə ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşəcək.

Həmçinin orqanın rəhbəri müvafiq qurum daxilində bu tələblərə riayət olunmasını təmin etməlidir, həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.

Qanunla qadağan edilən addımlara məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə bilər.

Qanuna əlavə edilən yeni maddəyə əsasən orqanların rəhbərləri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini müəyyən etməlidir.

Eyni zamanda orqan rəhbərləri işçilərin və iş görən, yaxud xidmət göstərən digər şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlər, bu subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət etmə qaydaları, müraciətə baxılmanın nəticəsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil etməlidirlər.

Həmçinin orqanların rəhbərləri həmin orqanın strukturu, işçilərin say həddi, fəaliyyət istiqamətləri, iş həcmi nəzərə alınmaqla korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması üçün səlahiyyətli struktur bölmə müəyyən edəcəklər.

Bundan başqa, dəyişikliyə əsasən, qurumlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilərlər.

Səlahiyyətli struktur bölmə öz funksiyalarını səmərəli yerinə yetirmək üçün fəaliyyətinə qanunsuz müdaxilələri istisna edən zəruri müstəqilliyə malik olmalıdır. Səlahiyyətli struktur bölmə işçilər barədə həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi, insan resurslarının idarə olunması və işçilərin qiymətləndirilməsində (attestasiyasında) birbaşa və ya dolayı yolla iştirak etməməlidir.

Səlahiyyətli struktur bölmə orqanların rəhbərləri qarşısında hesabatlılıq və qərəzsizlik tələblərinə uyğun fəaliyyət göstərməlidir.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya07 Avqust 2026

Xamenei ölüm yatağındadır – KİV

Hava07 Avqust 2026

Sabah hava necə olacaq?

Prezident07 Avqust 2026

Samir Şərifov sədr təyin edildi - Sərəncam

Cəmiyyət07 Avqust 2026

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı 

Media07 Avqust 2026

Media və Yayım Şurasının sturukturu formalaşdırıldı

Dünya07 Avqust 2026

SEPAH Səudiyyəyə hücuma hazırlaşır - Kəşfiyyat

Cəmiyyət06 Avqust 2026

David Seliverstov yayılan iddialarla bağlı açıqlama verib: “İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir”

İqtisadiyyat04 Avqust 2026

Avro və rubl  ucuzlaşdı -  Yeni Məzənnə

Gündəm04 Avqust 2026

SOCAR-da kütləvi ixtisarlar gedir? - RƏSMİ

Cəmiyyət03 Avqust 2026

Kabab xərçəngə səbəb olur - Sübut edildi

Həmçinin oxu

Prezident

Samir Şərifov sədr təyin edildi - Sərəncam

No Comment
111 baxış
Media

Media və Yayım Şurasının sturukturu formalaşdırıldı

No Comment
12 baxış
Prezident

Bu şəxslər 7 minədək cərimələnəcək: Prezident təsdiqlədi

No Comment
147 baxış
Prezident

Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam

No Comment
117 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2186
Dünya 1255
Elm və təhsil 376
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026