“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Rusiyanın S-400-ü, tanker və yük gəmiləri vuruldu
09 Avqust 2026
Raket çatmır: Pentaqon şirkətlərə təzyiq göstərir
09 Avqust 2026
İlham Əliyev Sinqapur prezidentini təbrik etdi
09 Avqust 2026
Əsas/Dünya/Putin Paşinyanı niyə təbrik etmir? – O qədər təhqir etdilər ki…
DünyaSiyasət

Putin Paşinyanı niyə təbrik etmir? – O qədər təhqir etdilər ki…

Xəbərsiz Media
10 İyun 2026

Ermənistanda baş tutan seçkilər və nəticələrin bəlli olmasından sonra bir sıra ölkələr qələbə münasibətilə baş nazir Nikol Paşinyanı təbrik ediblər. Bu sırada xüsusilə də Qərb ölkələri seçilirlər. MDB məkanında Qazaxıstan da Ermənistandakı seçkilərə müsbət münasibət bildirib.

Amma nədənsə, hələ də Rusiya susur. Kreml bu günə qədər seçkilərə hər hansı bir rəsmi reaksiya verməyib.

Əksinə, bəzi rəsmi nümayəndələrin dilindən seçkilərdə erməni müxalifətinin sıxışdırıldığı iddiaları səslənir. Bu xüsusda əsasən də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha çox canfəşanlıq edir.

“Xəbərsiz” xəbər verir ki, XİN sözçüsü səsvermə prosesi zamanı müxalif qüvvələrin ciddi sıxışdırıldığını bəyan edib. Hətta o, iddia edib ki, seçki prosesi hakimiyyətin müxalifətə qarşı görünməmiş inzibati təzyiqləri altında reallaşıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Bakupost.az-a bildirib ki, Putinin yaxın günlərdə İrəvana münasibətdə ritorikasının dəyişəcəyi də istisna deyil:

“Moskvanın Ermənistanla bağlı iki seçimi var. Kreml İrəvana təzyiqləri davam etdirə, yenə də Ermənistan əleyhinə açıqlamalar verə, kənd təsərrüfatı məhsullarının Rusiyaya növbəti ixracını qadağan edə bilər. Amma bu halda iki ölkə arasında münasibətlər daha da gərginləşəcək və Ermənistan Rusiyadan daha da uzaqlaşacaq. Bu isə əslində Moskvanın maraqlarına ziddir. Digər tərəfdən, ola da bilsin bir müddət sonra Rusiya Prezidenti Vladimir Putin yenidən Paşinyanla yola davam etmək məcburiyyətində qalsın. Bu fonda onu qələbə münasibətilə təbrik edib-etməyəcəyini yaxın günlərdə görəcəyik”.

Rusiyanın hələlik Paşinyanı təbrik etməkdən yayınmasına gəldikdə, həmsöhbətimizin sözlərinə görə, yaxın günlərdə Kreml bu istiqamətdə siyasətini müəyyən dərəcədə yumşaltmalı olacaq:

“Rusiya bir sıra rəsmilərin timsalında Paşinyanı o qədər aşağıladı, təhqir etdi ki, indi mövqelərini birdən-birə qəfil dəyişə də bilmirlər. Amma artıq seçkilərin nəticəsi bəllidir. Paşinyan daha 5 il hakimiyyətdə qalacaq. Bu mənada hesab edirəm ki, yaxın günlərdə Rusiya hakimiyyəti Ermənistanla bağlı siyasətini nisbətən korrektə etmək məcburiyyətindədir.

Ermənistan parlamentində Rusiyaya bağlı güclü müxalifət də formalaşır. Bu əsasda Kreml müxalifətdən istifadə edərək, Paşinyana təzyiqləri artıra da bilər”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya09 Avqust 2026

Rusiyanın S-400-ü, tanker və yük gəmiləri vuruldu

Dünya09 Avqust 2026

Raket çatmır: Pentaqon şirkətlərə təzyiq göstərir

Manşet09 Avqust 2026

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Dünya09 Avqust 2026

Bu təyyarə vurulsa, ABŞ üçün ciddi fövqəladə vəziyyət olar

Siyasət08 Avqust 2026

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Cəmiyyət08 Avqust 2026

“Yay Fest 2026”da müasir şəhərlər və texnologiyalar mövzusu müzakirə olunub

Dünya07 Avqust 2026

Xamenei ölüm yatağındadır – KİV

Hava07 Avqust 2026

Sabah hava necə olacaq?

Prezident07 Avqust 2026

Samir Şərifov sədr təyin edildi - Sərəncam

Cəmiyyət07 Avqust 2026

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı 

Həmçinin oxu

Dünya

Rusiyanın S-400-ü, tanker və yük gəmiləri vuruldu

No Comment
10 baxış
Dünya

Raket çatmır: Pentaqon şirkətlərə təzyiq göstərir

No Comment
7 baxış
Dünya

Bu təyyarə vurulsa, ABŞ üçün ciddi fövqəladə vəziyyət olar

No Comment
6 baxış
Siyasət

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

No Comment
72 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2187
Dünya 1258
Elm və təhsil 376
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026