Putinin Hindistan səfəri hansı tarixdə olacaq?
Kreml Rusiya lideri Vladimir Putinin Hindistana səfərinin tarixini bir qədər sonra açıqlayacaq.
“Xəbərsiz” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
Bundan əvvəl Roskonqres Fondu dekabrın 4-5-də Yeni Dehlidə Rusiya-Hindistan forumunun keçiriləcəyini bildirmişdi.
Peskov Putinin Hindistana nə vaxt səfər edə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib:
“Vaxtında açıqlama verəcəyik”.
Əli Hacı





