SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək
24 İyul 2026
Əhaliyə xəbərdarlıq edildi – Şənbə və bazar günlərində…
24 İyul 2026
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24 İyul 2026
Əsas/Təhlil/Putinnin Çinə səfərinin pərdəarxası - TƏHLİL
TəhlilBaxış bucağı

Putinnin Çinə səfərinin pərdəarxası - TƏHLİL

Xəbərsiz Media
20 May 2026

2026-cı ilin 19–20 may tarixlərində Rusiya prezidenti Vladimir Putinin Cinin paytaxtı Pekinə etdiyi növbəti dövlət səfəri beynəlxalq siyasətdə diqqət mərkəzinə çevrilib. Xüsusilə də bu səfərin ABŞ prezidenti Donald Trampın Pekinə etdiyi səfərdən dərhal sonra baş tutması təsadüfi hadisə kimi qiymətləndirilmir. Analitiklərin fikrincə, Kreml bununla həm Vaşinqtona, həm də Qərbə mühüm geosiyasi mesaj verməyə çalışır.

Son illərdə dünya siyasətində formalaşan yeni reallıq göstərir ki, Rusiya və Çin münasibətləri artıq iqtisadi əməkdaşlıq çərçivəsini aşaraq strateji ittifaq səviyyəsinə yüksəlib. Xüsusi ilə Ukrayna müharibəsindən sonra Qərbin Rusiyaya qarşı tətbiq etdiyi genişmiqyaslı sanksiyalar ; Moskvanı daha çox Pekinə yaxınlaşdırıb. Çin isə öz növbəsində ABŞ-la artan rəqabət fonunda Rusiyanı mühüm geosiyasi tərəfdaş hesab edir.

Putinin Pekinə getməsinin əsas səbəbi nədir…?!

Düşünürük ki, Donald Trampın Çin səfərindən dərhal sonra Putinin Pekinə getməsi ilk növbədə Kremlin “Çin-Rusiya strateji xətti dəyişməz olaraq qalır” mesajı kimi qiymətləndirilə bilər. ABŞ son dövrlərdə Çinlə münasibətlərdə müəyyən yumşalma görüntüsü yaratmağa çalışsa da, Moskva Pekinə göstərmək istəyir ki, Rusiya Çin üçün rəqib deyil ; əsas strateji tərəfdaşlardan biridir.

Bunlarla yanaşı , Putinin bu səfərdə əsas məqsədlərindən biri iqtisadi və enerji əməkdaşlığını daha da dərinləşdirməkdir. Hazırda Çin Rusiyanın ən böyük enerji alıcılarından birinə çevrilib. Xüsusilə “Sibirin Gücü” qaz layihəsinin genişləndirilməsi ; yeni qaz marşrutları, neft satışları və milli valyutalarla ticarətin artırılması əsas müzakirə mövzularındandır.

Digər mühüm məsələ isə beynəlxalq təhlükəsizlik və Ukrayna müharibəsi ətrafında koordinasiyadır. Kreml yaxşı anlayır ki, Qərbin siyasi və iqtisadi təzyiqləri davam etdikcə Çinin siyasi dəstəyi Rusiya üçün həyati əhəmiyyət daşıyacaq. Buna görə də Moskva Pekinlə münasibətləri maksimum səviyyədə möhkəmləndirməyə çalışır.
Görüşdə hansı əsas mövzular müzakirə olunacaq..?!

Fikrimizcə : Səfər çərçivəsində aşağıdakı istiqamətlər əsas prioritet hesab olunur :

— Enerji və təbii qaz layihələrinin genişləndirilməsi ;
— Çin-Rusiya ticarət dövriyyəsinin artırılması ;
— “Yuan” və “rublun” beynəlxalq ödəniş sistemində rolunun genişləndirilməsi.

Bütün bunlardan başqa ABŞ təsirinə qarşı alternativ maliyyə mexanizmlərinin yaradılması da əsas məqsıdlərdən biridir.

Ukrayna müharibəsi fonunda Avrasiya təhlükəsizliyi ;

“çoxqütblü dünya nizamı” konsepsiyası və hərbi-texniki və texnoloji əməkdaşlıq məsələsi çox vacib tələblərdir.
Putinin Çin səfəri ilə bağlı dediyi “tarixdə görünməmiş səviyyədə münasibətlər” ifadəsi də təsadüfi deyil.
Son illərdə Si Cinpin ilə Vladimir Putin arasında keçirilən çoxsaylı görüşlər göstərir ki, tərəflər Qərbin dominant olduğu dünya modelinə alternativ siyasi platforma formalaşdırmağa çalışırlar.

Hesab edirik ki , Putinin Pekin səfərinin ən mühüm nəticələrindən biri — ABŞ-Çin-Rusiya üçbucağında — yeni siyasi balansın yaranması ola bilər. Əgər Pekin və Moskva iqtisadi və siyasi koordinasiyanı daha da gücləndirsələr, bu, beynəlxalq münasibətlər sistemində Qərbin təsir imkanlarını müəyyən qədər zəiflədə bilər.
Digər tərəfdən, enerji bazarlarında da ciddi dəyişikliklər mümkündür. Rusiya enerji resurslarının böyük hissəsini Asiya bazarına yönəltməyə çalışır. Bu isə Avropanın enerji təhlükəsizliyi məsələlərinə və qlobal enerji qiymətlərinə təsir göstərə bilər.

Region ölkələri üçün isə yeni geosiyasi risklər yarana bilər. Xüsusilə Iran, Türkiyə , Mərkəzi Asiya dövlətləri və Cənubi Qafqaz ölkələri böyük güclər arasındakı rəqabətin təsirlərini daha çox hiss edə bilərlər.

Azərbaycan üçün bu proses həm imkanlar, həm də risklər yaradır.

Çin-Rusiya münasibətlərinin güclənməsi Şərq-Qərb nəqliyyat marşrutlarının əhəmiyyətini artıra bilər. Bu isə Azərbaycanın Orta Dəhliz layihəsində rolunu gücləndirə bilər.
Bakı həm Çin, həm Rusiya, həm də Qərblə balanslı siyasət apararaq yeni iqtisadi dividendlər əldə edə bilər.
Azərbaycanın tranzit və logistika imkanlarına marağı daha da arta bilər.

Digər tərəfdən Böyük güclər arasındakı rəqabətin sərtləşməsi Cənubi Qafqazda geosiyasi təzyiqləri artıra bilər.

ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərində mümkün gərginlik ; Azərbaycanın xarici siyasət balansına əlavə çətinliklər yarada bilər. Regionda enerji və təhlükəsizlik məsələləri daha həssas xarakter ala bilər.

Nəticə etibarilə, Putinin Pekin səfəri sadəcə iki ölkə liderinin növbəti görüşü deyil. Bu səfər yeni dünya düzəninin formalaşması prosesində mühüm siyasi hadisələrdən biri kimi qiymətləndirilir. Moskva və Pekin getdikcə daha açıq şəkildə Qərbin dominantlıq etdiyi beynəlxalq sistemə alternativ güc mərkəzi yaratmağa çalışırlar. Bu proses yalnız böyük dövlətlərin deyil ; Azərbaycan kimi strateji mövqedə yerləşən ölkələrin də siyasi və iqtisadi seçimlərinə təsir göstərə bilər.

Müəllif : Qəvami Sadıqbəyli

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Cəmiyyət24 İyul 2026

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

Hadisə24 İyul 2026

Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı

Hərbi24 İyul 2026

Ermənistan ordusunda şok statistika: Yeddi ayda...

Hadisə24 İyul 2026

Şamaxıda zəlzələ oldu

Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Gündəm23 İyul 2026

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

Dünya23 İyul 2026

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

Gündəm23 İyul 2026

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Həmçinin oxu

Baxış bucağı

Mətbuatımızın 151-ci ilinə kiçik qeydlər - Əsgər İsmayılov yazır

No Comment
132 baxış
Media

Milli mətbuat xalqın yaddaşı, cəmiyyətin vicdanıdır... - Qəvami Sadıqbəyli yazır

No Comment
95 baxış
Baxış bucağı

"İtaliano parati"də özbaşınalıq: "Gedin, kimə şikayət edirsiniz edin!"

No Comment
377 baxış
Elm və təhsil

Gəncədə müəllimlər ayağa qalxdılar: "Xoşqədəm Xudiyevaya istefa!" - VİDEO 

No Comment
1.1K baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
Baş nazirdən yeni qərar…
İqtisadiyyat
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?
Neft yenidən kəskin bahalaşdı

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2166
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1258

Bütün müəllif hüquqları qorunur - 2026